Kral intiqam andı içdi: “Özüm bombalayacağam”
Bizi izləyin

Dünya

Kral intiqam andı içdi: “Özüm bombalayacağam”

İordaniya Kralı Abdullah pilot Muat Safi əl-Kasiyeşbini yandıraraq öldürən İŞİD terror qruplaşmasına sərt mesaj göndərib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, kral pilotun qanının yerdə qalmayacağını və İŞİD-i şəxsən özünün bombalayacağını bildirib.

İordaniya Krallıq Divanından verilən yazılı açıqlamaya görə, Kral Abdullah paytaxt Ammandakı Ordu Qərargahında yüksək rütbəli hərbçilərlə görüşündə İŞİD-ə veriləcək cavabın sərt olacağını deyib.

Xatırladaq ki, İŞİD ötən ilin sonlarında girov götürdüyü iordaniyalı pilot Muat Safi əl-Kasiyeşbini fevralın 3-də diri-diri yandıraraq öldürüb. Bundan dərhal sonra iraqlı terrorçu qadın Sajida əl-Rişavi ilə “Əbu Hüzeyfə” ləqəbli Ziyad Kerbuli edam olunub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm