İordaniyadan İŞİD-ə "hədiyyə"
Bizi izləyin

Dünya

İordaniyadan İŞİD-ə "hədiyyə"

İordaniya İŞİD tərəfindən yandırılaraq öldürülən pilota görə, terrorçulara "hədiyyə" göndərib.

Publika.az-ın məlumatına görə, İordaniyanın döyüş təyyarələri İŞİD terrorçularının Suriya və İraqdakı mövqelərinə hava hücumlarının sayını artırıb. Dövlət televiziyası hava hücumlarının görüntülərini də yayımlayıb. Görüntülərdə bir pilotun təyyarədən atacağı bombanın üzərinə "Bu sənin üçün İslam düşməni" yazdığı görünür.

Bir digərində də "Qəhrəman və şəhid pilot Muaz əl Kesasibe" ifadəsi yer alıb. Pilot özü isə bombanın üzərinə "Bomba cəsur bir İordaniyalı qadından Bağdadiyə göndərilir" deyə yazıb.

Qeyd edək ki, İŞİD-in İordaniyalı pilotu öldürməsindən sonra ölkədə terrorçulara qarşı böyük nifrət yaranıb. İordaniyada kralı Abdullah isə hərbi forma geyinərək İŞİD-ə gözdağı verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm