Dünya
Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir
Sudan Həkimlər Şəbəkəsi ölkənin Şimali Kordofan əyalətinin Umm Bədr bölgəsində Çevik Dəstək Qüvvələri tərəfindən 25-dən çox mülki şəxsin öldürüldüyünü iddia edib. Hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.
Publika.az “əl-Hədəs” telekanalına istinadla xəbər verir ki, Sudan Həkimlər Şəbəkəsi hadisənin xüsusilə narahatedici olduğunu qeyd edərək qətllərin etnik zəmində törədildiyini bildirib.
Hadisə Sudan ordusu ilə Çevik Dəstək Qüvvələri arasında davam edən qarşıdurmalar fonunda baş verib. Ölkənin bir sıra bölgələrində döyüşlər nəticəsində mülki əhali arasında itkilər artmaqdadır.
Qeyd edək ki, Sudanda ordu ilə Çevik Dəstək Qüvvələri arasında müharibə 2023-cü ilin aprelindən davam edir. Məlumatlara görə, qarşıdurmalar nəticəsində azı 59 min nəfər həlak olub, təxminən 13 milyon insan didərgin düşüb. Hazırda 30 milyondan çox insanın humanitar yardıma ehtiyacı olduğu bildirilir.
Şıxəli Əliyev
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı

















.jpg)

.jpg)














.jpg)