Jurnalistlər zaminə buraxıldı
Bizi izləyin

Dünya

Jurnalistlər zaminə buraxıldı

Misir məhkəməsi tərəfindən Əl-Cəzirə jurnalistləri azad edilib.

Publika.az-ın məlumatına görə, məhkəmə Məhəmməd Fəhmi və Baher Məhəmmədi 33 min dollar müqabilində zaminə buraxıb.

Qeyd edək ki, Müsəlman Qardaşlarına yardım ittihamı ilə həbsdə olan Avstraliya vətəndaşı Peter Qresti fevral ayının 1-də sərbəst buraxılıb. 400 gün həbsdə olan jurnalist keçən il 7 il müddətinə terrorçuluq ittihamı ilə azadlıqdan məhrum edilmişdi.

Misir əsilli kanadalı jurnalist Məhəmməd Fəhmi 2013-cü ilin dekabr ayında həbs edilərək, 7 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm