3 yaşlı uşaqları qəfəsə salıb... - FOTOLAR
Bizi izləyin

Dünya

3 yaşlı uşaqları qəfəsə salıb... - FOTOLAR

İŞİD terror təşkilatının iordaniyalı pilot Muaz Əl-Kesasibeni qəfəsə salaraq vəhşicəsinə yandırmasına daha bir etiraz suriyalı insan haqları fəallarından gəlib.

Publika.az xəbər verir ki, suriyalı fəallar edam və işgəncələrə diqqət çəkmək üçün maraqlı bir addım atıb.

Suriyalı fəallar ən kiçiyi 3 yaşında olan 15-ə qədər uşağı əllərində müxtəlif plakatlarla bir qəfəsə salıblar. Uşaqlara isə eynilə İŞİD-in istifadə etdiyi narıncı paltarlar geyindirilib.

Plakatlarda ingilis və ərəb dillərində “öldürməyi dayandırın, müharibəni dayandırın” kimi mesajlar yazan fəallar İŞİD vəhşiliyinə uşaqlar vasitəsilə diqqət çəkməyə çalışıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm