Dünya
Lukaşenkodan “silahları verin, sağ qalın” təminatı
Belarus prezidenti Aleksandr Lukaşenko Ukraynanın Debaltsevo rayonunda münaqişənin həllinə kömək etmək üçün gözlənilməz təklif verib.
Publika.az BELTA agentliyinə istinadən xəbər verir ki, dövlət başçısı Ukrayna, Rusiya, “DXR” və “LXR”in istəyəcəyi halda bir gün ərzində Debaltsevoda problemi həll etməyə hazır olduğunu deyib.
Prezident vurğulayıb ki, onun kömək etməsi üçün bütün tərəflərin razılığı əhəmiyyətlidir: “Əgər onlar üçün heç bir günahı olmayan minlərlə mühasirəyə alınmış insanın həyatı prioritetdirsə, biz kömək etməyə hazırıq”.
Amma eyni zamanda Lukaşenko zəmanət istəyib ki, mühasirədən çıxarılan Ukraynanın hərbi qulluqçuları daha heç vaxt vuruşmayacaqlar. O, mühasirədə qalan Ukrayna hərbçilərinin əlindəki silahları da Belarus ərazisində qəbul etməyə hazır olduğunu deyib.
Qeyd edək ki, Belarus prezidenti zaman-zaman Ukrayna böhranının həlli ilə bağlı təkliflərlə çıxış edib. Keçən ilin oktyabrında Aleksandr Lukaşenko Donbas hövzəsinə Belarus sülhməramlılarının yerləşdirilməsini təklif edib. Lakin bu təklif dəstək qazanmayıb.
Ömər Dağlı
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı