Dünya
Ərdoğanın qızı ilə bağlı istintaq başladı
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qızı Sümeyye Ərdoğana qarşı sui-qəsd təşkil ediləcəyi barədə səsləndirilən iddialar araşdırılacaq.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ankara Respublika Baş prokurorluğu iddialarla bağlı istintaqa başlayıb.
Xatırladaq ki, bu gün Türkiyə mediası ABŞ-ın Pensilvaniya ştatında yaşayan camaat lideri Fəthullah Gülənin Sümeyye Ərdoğan üçün ölüm əmri verdiyini yazıb. İddiaya görə, qanlı plan “Twitter”də “fuatavni” hesabını idarə edən Emer Uslu tərəfindən Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbul millət vəkili Umut Orana çatdırılıb. Plan Türkiyənin kəşfiyyat qurumları tərəfindən deşifrə edilib. Emre Uslu Orana amerikalı muzdlu qatil tutduqlarını söyləyib. Uslu Orana “Hocaəfəndi ilə danışdım, maliyyə baxımdan problem yoxdur, sizə istədiyiniz qədər pul veriləcək, amma seçkiləri qazanın. İsrail və ABŞ-ın yanında yalançı olmayaq” deyib.
Ömər Dağlı
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı