Dünya
“Əl-Cəzirə” casus sirlərini ifşa edəcək
“Əl-Cəzirə” Qətər telekanalı “Casus xətləri” (The Spy Cables) layihəsinin buraxılışını elan edib.
Publika.az-ın məlumatına görə, layihə çərçivəsində müxtəlif ölkələrin xüsusi xidmətlərindən redaksiyanın əlinə keçən məxfi sənədlər çap olunacaq. Britaniya Guardian qəzeti ilə birgə layihənin tətbiq edilməsi haqqında məlumat telekanalın saytında dərc edilib.
Kanal Cənubi Afrika Respublikası Dövlət Təhlükəsizlik Agentliyi operativ əməkdaşları tərəfindən tərtib edilmiş 2006-cı ildən 2014-cü ilin dekabr ayınadək alınan sənədləri dərc edəcəyini vəd edir.
O cümlədən, Cənubi Afrika xüsusi xidməti ilə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi, Britaniya MI-6, İsrailin Mossad və Rusiyanın Federal Təhlükəsizlik Xidməti arasında məxfi məktublaşma təqdim ediləcək.
Eduard Snoudenin yaydığı elektron kəşfiyyata aid məlumatlardan fərqli olaraq, “Əl-Cəzirə” layihəsi insan faktoru üzərində cəmlənir. Söhbət “canlı” kəşfiyyatçıların alıb-ötürdükləri məlumatlardan gedir.
Başlanğıcı yaxın günlərdə nəzərdə tutulan layihə xüsusi xidmətlərin gündəlik işini təsvir edər, “casusluq aləminin kulis arxasına” nəzər salmaq imkanı verər.
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial2 May 19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial2 May 18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO