Dünya
Nemtsovun xatirəsinə yürüş keçirilməsinə icazə verilib
Rusiya rəsmiləri müxalifət liderlərinə prezident Vladimir Putinin siyasəti və Ukraynada müharibəyə qarşı etiraz nümayişinə çağırandan sonra dünən gecə qətlə yetirilmiş müxalifət lideri Boris Nemtsovun xatirəsinə bazar günü Moskvada yürüş keçirilməsinə icazə verib.
Publika.az-ın məlumatına görə, müxalifətin əvvəlləcədən planlaşdırdığı yerdə keçiriləcək yürüş Moskva şəhər rəsmiləri tərəfindən sanksiyalaşdırılıb.
Rusiya müxalifət lideri Boris Nemtsov cümə günü axşam Kreml yaxınlığında körpünü keçdiyi zaman güllə ilə vurulub. Rusiyanın daxili işlər nazirliyi Nemtsova dörd dəfə atəş açıldığını bildirib.
Qətlə yetirilməzdən bir neçə saat öncə Rusiyanın “Exo Moskvı” radiosuna müsahibə verən Boris Nemtsov Moskva sakinlərini bazar günü Rusiyanın Ukraynada təcavüzü əleyhinə nümayişə qatılmağa çağırmışdı.
Ukrayna prezidenti Petro Poroşenko Nemtsovun qətlini pisləyərək, müxalifət liderinin Ukrayna və Rusiya arasında “körpü” rolunu oynadığını deyib.
Dünya liderləri Rusiya müxalifət liderinin qətlini qınayan bəyanatlarla çıxış edib.
ABŞ prezidenti Barak Obama qətli qınayarq, Rusiyanı hərtərəfli və qərəzsiz təhqiqat aparmağa çağırıb. Rusiya prezidenti Vladimir Putinin sözçüsü cinayətin sifarişli qətlə bənzədiyini deyərək, onun təhrikçi xarakter daşıdığını bildirib. O, Kremlin təhtiqaqata nəzarət edəcəyini deyib.
-
Magazin204:14
Karla Bruni şübhəli şəxs qismində dindirildi
-
Magazin203:13
Məşhur aktisa bəbir naxışlı bikini ilə elə pozalar verdi ki... - VİDEO
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO