Dünya
Çörəkdən çıxan lezva yemək borusunu kəsdi - ŞOK (FOTO)
Türkiyədə yediyi çörəyin içindəki lezvanı bilmədən udan
şəxs xəstəxanaya çatdırılıb. Zərərçəkmişin yemək borusunu
parçalayan lezva sonda onun ürəyinə sancılıb.
Satıcı işləyən 35 yaşlı Osman Sarıbuğa nahar üçün aldığı toyuğu
və çörəyi yeyərkən mağazaya müştəri gəlib. Boğazına nəsə ilişdiyini
hiss edən Sarıbuğa bunu toyuq sümüyü hesab edərək çox da əhəmiyyət
verməyib və işinə davam edib. Axşam vəziyyəti pisləşən zərərçəkmiş
xəstəxanaya çatdırılıb və onun MRT-si çəkilib. MRT nəticələrində
zərərçəkmişin ürəyinin üstündə kiçik metal cisim olduğu
aşkarlanıb.
Dərhal əməliyyat otağına aparılan Sarıbuğa üzərində 10 saat
davam edən əməliyyat aparılıb. Əməliyyat zamanı lezva ürəkdə
sancıldığı yerdən çıxarılıb, parçalanan yemək və nəfəs borusu
müalicə olunub. Reanimasiya şöbəsinə yerləşdirilən şəxsin həyati
təhlükəsi davam edir. Həmçinin infeksiya səbəbindən onun nəfəs
borusunu itirmək təhlükəsi də var.
Zərərçəkmişin həyat yoldaşı isə çörəyi bişirən sexdən şikayətçi olduqlarını və hüquqi proses başlatdıqlarını deyib. (anspresscom)
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?