Dünya
Fətullah Gülən ittihamlara cavab verdi
Türkiyədəki Xidmət hərəkatının lideri , hazırda ABŞ-ın Pensilvaniya
ştatında yaşayan Fətullah Gülən son zamanlar adının bir çox gizli
işlərdə hallanmasına, telefon danışıqlarının yayılmasına münasibət
bildirib.
Publika.Az xəbər verir ki, fgulen.com saytında
yayımlanana açıqlamasında F. Gülən “Xidmət” hərəkatının məqsədinə
toxunaraq bildirib ki, hərəkatın heç vaxt fərdi, şəxsi bir məqsədi
və təmənnası ola bilməz: “Quran və Sünnəyə sadiq qalmaq və məşru
olmaq bizim “olmazsa, olmaz”ımızdır. Nəinki Quran və Sünnə ilə,
hüquq və insanlıqla belə bir araya sığmayan sözlərin sərf edilməsi
əsla sizi təhrik etməsin. Əgər gələcəkdə onlar bundan ötrü xəcalət
çəkəsi olsalar belə, siz qapılarınızı elə örtün ki, sabah aça
biləsiniz, elə sözlər sərf edin
ki, sabah onların üzünə baxa biləsiniz. Əgər bir gün – baxmayaraq
ki, bu qədər nalayiq sözlər sərf etdilər – qapınızı döysələr,
qapınız açıq olmalıdır. Bunu unutmayın!”.
F. Gülən “Sizə “it” də desələr, siz onu pisə yozmayacaqsınız”
deyə maraqlı ifadə işlədib. O, tövsiyə edib ki, “Allah razı olsun
qardaşlarımızdan, bizi Allah-Taalanın yaratdığı bir canlı yerinə
qoyublar”,- deyin.
“İtin belə bir qiyməti olduğunu düşünüb bu sözdən pis məna
çıxramayacaqsınız. Unutamayın, gərginliklər müvəqqətidir. Elə
sözlər sərf edin ki, keçmişə baxanda üzünüz qızarmasın, utanıb
xəcalət çəkməyin. Biz səbrə və sükuta üstünlük veririk. Unutmayın
ki, demaqoqluq etməklə, hər sözə cavab qaytarmaqla, təhqirə
təhqirlə cavab verməklə Allah-Taalanın rizasını qazanmaq olmaz. Mən
yalnız doğru danışmağınızı tövsiyə edirəm. Unutmayın, məşru
(qanuni) dairə dardır. Bəzən bu dairədən kənara çıxa bilməməyiniz
sizi sıxacaqdır. Daha çox
şey demək istəyəcəksiniz. Ancaq, yaddan çıxarmayın, səbrin gücü və
məşru dairədən kənara çıxmamağınız gələcəyin və “müsbət hərəkət”in
əsasıdır. “Olmazsa, olmaz”ıdır”-deyə camaat lideri diqqətə
çatdırıb.
F. Gülən heç kimə nifrət və kinlərinin olmadığını bildirib və
“qardaşlarımızı əfv edəcəyik” deyib: ““Kimsəyə nifrət və kinimiz
yoxdur, olmaz da. Biz əhli-dəyanət(mömin,dindar) olmayanları belə
əfv etmiş insanlarıq. Əlbəttə, qardaşlarımızı da əfv edəcəyik.
Ancaq mən bircə şeydən qorxuram, Allahın haqqını tapdalayıblarsa,
xalqın hüququna təcavüz ediblərsə, bunu bağışlamağa bizim
səlahiyyətimiz yoxdur. Bu, Allaha aiddir. Mən sizdən işinizə
qayıtmanızı, nə cür təhqir edirlər-etsinlər qulaqlarınızı tıxayaraq
Allahın rizasından gözünüzü ayırmamağınızı gözləyirəm. Dərdiniz bu
xalq olsun. Unutmayın insan oğlu qəmsiz mümkün deyil. Qəmsiz olana
da insan demək mümkün deyil. Həqiqət dərdiniz olsun, dərdli olun.
Həyatınızı işinizə həsr edin, bir möminin qəlbini qırmağı
ağlınızdan belə keçirməyin. Ancaq, ittihamlara hüquq çərçivəsində,
əlbəttə, cavab
verəcəksiniz. Xalqa aydınlıq gətirmək, bu kimi böhtanların
cəmiyyətə mənfi təsirlərini aradan qaldırmaqdan ötrü, əlbəttə
fikrinizi söyləyəcəksiniz. Ancaq bu əsla təcavüz, yalan və böhtan
şəklində olmamalıdır. Hüquqdan kənara çıxmamalıdır. Başlanğıcda
xalq həqiqəti təsbit etməkdə çətinlik çəkir, gah ora, gah bura
kütləvi şəkildə sovrulanlar olur. Ancaq unutmayın, xalqın vicdanı
bir gün haqq və həqiqəti görəcək. Haqq və həqiqətin harada olduğu
ortaya çıxacaq. Görəcəksiniz, xalq sizin tərəfinizdə olacaq”.
Asif Nərimanlı
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı