Dünya
Ərəb əmiri arvadına Türkiyənin ən bahalı evini aldı - FOTO
Türkiyənin ən bahalı, dünyanın 4-cü bahalı evi
İstanbulda 100 milyon avroya satılıb.
Şəhərin Yeniköy səmtində olan Erbilginlər yalısını qətərli
biznesmen Abdulhadi Mana əl Həcri alıb. Yalı qayıq körpüsü olan
sahil malikanələrinə deyilir.
Yalının gizli sahibi isə Sheikha Anoud binti Mana əl Həcri, yəni
Qətər əmiri Şeyx Təmim bin Həməd əl Saninin ikinci həyat
yoldaşıdır.
25 mart tarixli alqı-satqı müqaviləsinə görə, kupçada yalının
sahibi kimi “Dardanelles” daşınmaz əmlak şirkəti görünür. Mərkəzi
Londonda olan bu şirkət 2014-cü ildə İstanbulda qətərli biznesmen
Abdulhadi Mana əl Həcri tərəfindən yaradılıb.
Biznesmen əl Həcrinin qızı Anoud isə Qətər əmirinin ikinci həyat yoldaşıdır. Qətər əmiri Şeyx Təmim bin Həməd əl Sani ilə Anoud 3 mart 2009-cu ildə evləniblər. (ans)
-
Region22:36Bayraktar Paşinyanla nüvə enerjisindən danışdı - Foto
-
Sosial21:24Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
-
MDB20:50Vahid Ələkbərov Rusiyanın ən varlı üçüncü adamı oldu
-
MDB20:40Rusiya "Starlink"in analoqunu sınaqdan keçirəcək
-
Qarabağ 20:20Nazir Xankəndidə tələbələrlə yallı getdi, tonqaldan tullandı - VİDEO
-
İnanc20:12Bu gün ikinci Qədr gecəsidir
-
Sosial19:50Daha bir tiktoker saxlanıldı
-
Sosial18:24Azərbaycanda üç kəndin adı dəyişdirilə bilər - Təklif hazırlandı
































