Özbəkistanda prezident seçkiləri başa çatdı
Bizi izləyin

Dünya

Özbəkistanda prezident seçkiləri başa çatdı

Martın 29-da Özbəkistanda növbəti prezident seçkiləri keçirilib.

Seçkilərdə ölkədəki bütün siyasi partiyaları təmsil edən dörd namizəd iştirak edib. Onlar Sahibkarlar və İşgüzar Adamlar Hərəkatı - Liberal-Demokratik Partiyasından hazırkı dövlət başçısı İslam Kərimov, “Milli Dirçəliş” Demokratik Partiyasından Akmal Saidov, Özbəkistan Xalq-Demokratik Partiyasından Xotamjon Ketmanov və “Ədalət” Sosial- Demokrat Partiyasından Narimon Umarovdur.

Seçkilərin yekunları ilə bağlı Daşkənddə keçirilən brifinqdə Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədri Mirzə-Uluqbek Abdusalamov bildirib ki, qanunvericiliyə uyğun olaraq, respublika üzrə 14 dairə və 9 mindən yuxarı seçki məntəqəsi, xarici ölkələrdə isə 44 məntəqə fəaliyyət göstərib. Seçkiləri 43 ölkədən və beş beynəlxalq təşkilatdan 300-dən artıq müşahidəçi izləyib.

Komissiya sədri deyib ki, seçki siyahılarına səsvermə hüququ olan 20 milyon 798 min 52 seçicinin adı salınıb. Onların 18 milyon 928 min nəfəri səs verib. Bu da seçicilərin 91 faizini təşkil edir. Bu, o deməkdir ki, seçkilər baş tutub.

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun rəhbərliyi ilə ölkəmizin nümayəndə heyəti Səmərqənd şəhərində səsvermə prosesinin gedişini izləyiblər.

Müstəqil Dövlətlər Birliyi müşahidəçilər missiyasının tərkibində Azərbaycandan olan digər müşahidəçilər də seçkiləri izləyiblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm