Dünya
Ermənistan boşalıb: əhalinin 30 faizi ölkədən kənarda yaşayır
Ermənistanda qeydiyyatda olan insanların 28,75 faizi ölkədən kənarda yaşayır. Bu məlumat Ermənistanın dövlət qurumlarının beynəlxalq təşkilatlarla birgə hazırladığı xüsusi məruzədə yer alıb.
Məruzədə bildirilir ki, bunun əsas səbəbi ölkədə işsizliyin
artması, maaşların verilməməsi, ərzaq və ilkin tələbat mallarının
qiymətinin həddindən artıq yüksək olması ilə bağlıdır.
Parlamentdə 2015-ci il üçün iqtisadi rəqabətin müdafiəsi üzrə
dövlət proqramı müzakirə olunarkən Erməni Milli Konqresinin
parlament fraksiyasının rəhbəri Levon Zurabyan bildirib ki, ölkədə
ən vacib məhsullar əhaliyə 250 faizə qədər artırılmış qiymətlərlə
satılır. Dövlət idxalçıların inhisarçılığına göz yumur. Həmçinin
Sarkisyan hakimiyyəti imtiyazlı biznesmenlər üçün xüsusi şərait
yaradıb və onlar kasıblaşan əhalini daha da soyurlar. Son bir neçə
il ərzində buğda, ət, şəkər, qəhvə, bitki yağı kimi məhsullar 100
faizdən 250 faizədək süni şəkildə artırılmış qiymətlə Ermənistana
gətirilir və satılır. Bu isə əhalinin haqlı narazılığına səbəb
olub.
AZƏRTAC
-
Magazin119:24
Aygün Bəylərin ailəsi tiktoker Ləmanı polisə şikayət etdi - FOTO
-
Sosial18:50
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - FOTO
-
Art18:40
“Sehirli xalat"ın sehri nədə idi? - VİDEO
-
Sosial17:53
Bakıda ev fantastik qiymətə kirayə verilir - FOTO
-
Sosial17:17
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
-
Hadisə16:58
Hoteldə ölən dostlarla bağlı YENİ DETALLAR - FOTO
-
MDB16:43
Zelenskiyə qarşı terror planlaşdıran şəbəkə ifşa edildi: Daha kimləri öldürmək istəyiblər?
-
Sosial15:58
Novruz Məmmədov vəzifəsindən azad edildi