Dünya
Kipr Aralıq dənizinin Norveçi olacaq?
Kipr sahillərindəki 60 trilyon kubmetrə yaxın təbii qaz ehtiyatı ada xalqını “Aralıq dənizinin norveçliləri”nə çevirə bilər.Publika.Az –ın verdiyi xəbərə görə, bu sözləri İngiltərədə nəşr olunan “Daily Telegraph” qəzeti yazıb.
Qəzet “Türkiyə adanın birləşdirilməsi üçün müqavilənin bağlanılmayacağı halda təbii qaz hasilatına hərbi müdaxilə ilə maneə olacağını bildirir. Türkiyənin təhdidlərinə baxmayaraq, Kipr təbii qaz yataqlarında kəşfiyyat işlərini davam etdirməkdə israrlıdır” yazıb. Yazıda Kipr xarici işlər naziri Yannis Kasulidesin “ABŞ da daxil olmaqla bütün dünya Kiprin təbii qaz ehtiyatlarından istifadə haqqını tanıyır” sözlərinə yer verilib.
Yazıda Türkiyənin BMT-nin Dəniz Hüququ Konvensiyasını imzalamadığı qeyd olunub. “Daily Telegraph” həmçinin xatırladır ki, iki həftə əvvəl Türkiyə döyüş təyyarələri Kipr sahillərində kəşfiyyat işləri aparan “MV Princess”adlı Norveç gəmisini bölgədən geri çəkilməyə məcbur etmişdi.
Adanın yunan tərəfi isə Türkiyənin təhdidlərindən qorxmadığını bildirir. “Daily Telegraph”ın xəbərində Kipr xarici işlər nazirinin “ENİ və “Total” kimi enerji şirkətləri Türkiyənin həqiqətən də onlara maneə olacağını düşünsəydilər, bura milyardlarla dollar sərmayə qoymazdılar” sözlərinə yer verib.
Ömər Dağlı
-
Region21:12
Diş həkimindən ŞOK ƏMƏL: implantı pasientin beyninə bağladı, sonra...
-
Sosial21:00
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU
-
ABŞ20:12
Qız anası olmaq üçün 15 il dalbadal HAMİLƏ QALDI - FOTO
-
Magazin119:40
Rəqqasə Fatiməni məhkəməyə verdilər
-
Elm və təhsil19:30
Azərbaycanda məmur bu əməlinə görə İŞDƏN QOVULDU
-
Hadisə19:15
Bakı metrosunda sərnişin öldü
-
Kriminal18:36
İçki məclisi QANLA BİTDİ: Seyfullayev qətlə yetirildi
-
İdman18:24
Klopp və Salah arasında dava düşdü - VİDEO