Dünya
Razılaşma pozulur: İran nüvə sazişinə imza atmayacaq
İran prezidenti Həsən Ruhani ölkəsinə tətbiq edilən sanksiyaların aradan qaldırılmadığı halda, “altılıq” ölkələri ilə nüvə proqramına dair sazişi imzalamaq niyyətində olmadığını deyib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, dövlət başçısı bu bəyanatı bu gün televiziyadakı çıxışında səsləndirib.
“Biz bütün sanksiyalar aradan qalxmadığı təqdirdə nüvə proqramına dair sazişə imza atamayacağıq. Nüvə məsələsində bütün tərəflər üçün bərabər sövdələşmə istəyirik”,– Ruhani əlavə edib.
Qeyd edək ki, Avropa İttifaqı ötən gün İranın Ticarət Bankı və 32 yükdaşıma şirkətinə qarşı yenidən sanksiyalar tətbiq edib.
Qurumun sanksiyaları İranın dünyanın 6 qüdrətli ölkəsi ilə nüvə razılığı əldə etməsindən bir neçə gün sonraya təsadüf edir. Avropa İttifaqı Ticarət Bankının maliyyə resursları, neft və qaz layihələrinin maliyyələşdirilməsi ilə İran hökumətinə dəstək verdiyini bildirib.
Halbuki yanvar ayında Avropa məhkəməsi bankın və 40-a yaxın yükdaşıma şirkətinin sanksiyalar obyekti olmadığına dair qərar çıxarmışdı.
Nura
-
Nida Xəbər 15:48
Xəritə yayıldı: ermənilərin zəbt etdiyi bu ərazilər Azərbaycana təhvil verilir
-
Magazin115:26
Tələbələrimin hamısı yuxarıdan tapşırılır - VİDEO
-
İdman15:00
Bütün Avropa bu qızları axtarır - FOTOLAR
-
Sosial14:55
“İpoteka haqqında” Qanuna dəyişiklik edildi: Kimlərə sərfəli olacaq?
-
Hadisə14:08
Bakının mərkəzində özünü binadan atan 37 yaşlı kişi şirkət işçisi imiş - FOTOLAR
-
Sosial13:18
Azərbaycanda uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ
-
Sosial13:06
Sabah yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Sosial12:30
Bakının bu qəsəbəsində hamı evini satır - 25-30 min...