Dünya
“Amnesty İnternational”dan Britaniya haqqında şok ittiham
“Amnesty İnternational” təşkilatı Böyük Britaniya hökumətini insanların şəxsi həyatını qeyri-qanuni izləməkdə ittiham edib.
Publika.az xəbər verir ki, təşkilat rəsmi Londona qarşı Avropa məhkəməsində iddia qaldırıb.
Britaniya hökuməti izləməni internet üzərindən də aparıb. Bu isə
internet azadlığına qarşı repressiya kimi qiymətləndirilib.
Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Rusiyaya sığınan əməkdaşı Edvard
Snoudenin yaydığı informasiyalar ABŞ, Böyük Britaniya və digər Qərb
ölkələrinin anti-demokratik və ifadə azadlığına qarşı hesab olunan
izləmə prosesini aktiv şəkildə həyata keçirdiyini göstərir.
“Britaniya hökuməti görünməmiş miqyasda izləmə təcrübəsini
həyata keçirir. Bu, şəxsi həyat və vətəndaşların azadlığına
əhəmiyyətli dərəcədə zərər verir”, - deyə “Amnesty İnternational”
bəyan edib.
Təşkilatın qaldırdığı iddiaya “Liberty” və
“Privacy İnternational” kimi qurumlar da dəstək verir.
Qeyd edək ki, Snoudenin yaydığı informasiyalardan sonra mart
ayında Britaniya parlamentinin kəşfiyyat üzrə komitəsi hesabat
təqdim edərək bunu təkzib etmişdi.
Asif Nərimanlı
-
Dünya15:22
Günəşdə daha bir güclü PARTLAYIŞ: Bu səhər...
-
İdman14:32
“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşdi - FOTO
-
Magazin113:49
Müğənninin oğlunun öldüyü qəzanın TƏFƏRRÜATI - FOTO/YENİLƏNDİ
-
Magazin113:01
Nərmin Edisin mahnısına elə rəqs etdi ki... - VİDEO
-
Ekologiya12:35
Sabahın havası: yağış, duman, qar...
-
İdman11:23
Bir oyunda 2 rekord: Messi heyrətləndirir – VİDEO
-
Nida Xəbər 11:00
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - AÇIQLAMA
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO