Dünya
Kiyev meri hakim partiyanı tərk edir
Kiyev Şəhər Dövlət Administrasiyasının rəhbəri Vladimir Makeyenko kütləvi iğtişaşlardan sonra hakim Regionlar Partiyasının üzvlüyündən çıxmaq qərarına gəlib.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, o bildirib ki, heç bir hakimiyyət insan ölümünə dəyməz: "Mənim ali məqsədim ukraynalıların həyatını qorumaqdır. Ukrayna xalqı mənə etimad göstərdiyi müddətdə səlahiyyətlərimi icra edəcəyəm".
Qeyd edək ki, çərşənbə axşamı, Ali Radanın iclası günü Kiyevdə irimiqyaslı küçə iğtişaşları yenidən başlayıb. Müxalifət idarəetmənin parlament-prezident formasına qayıtmağa, 2004-cü il Konstitusiyasını bərpa etməyə çağırıb. Radikallar Kiyevin mərkəzində binalara soxulub, avtomobil təkərlərinə od vurub, maşınlara və milis işçilərinə "Molotov kokteyli" atıblar. Milisin məlumatına görə, müxalifət ilk dəfə odlu silah tətbiq edib. Son məlumatlara görə, iğtişaşlarda ümumilikdə 800-ə yaxın adam zərər çəkib.
-
Magazin111:35
Azərbaycanda tanınmış müğənni ağır qəzaya düşdü: oğlu öldü - FOTO
-
İdman11:23
Bir oyunda 2 rekord: Messi heyrətləndirir – VİDEO
-
Nida Xəbər 11:00
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - AÇIQLAMA
-
Sosial10:50
“Bakı marafonu 2024”ə start verildi
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı