Dünya
Turqut Özalın bağbanı ABŞ səfirinin agenti imiş- CASUS EHTİRASLARI
1980-ci illərdə baş nazir olan Turqut Özalın yataq otağı, masası, telefonu, iş otağının divarları dinləmə cihazları ilə dolu idi. Görülən tədbirlər kifayət etməyəndə isə T.Özal əhəmiyyətli danışıqları ya dənizdə, ya avtomobildə, ya da bağçasında edirdi.
Publika.Az –ın "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, dinləmə cihazlarından zərər çəkən siyasətçilərdən biri də mərhum prezident T.Özal idi.
"O, ən çox dinlənilən liderlərdən biri oldu. Baş nazirliyin rəsmi iqamətgahındakı yataq otağından, masasından, telefonundan, otağındakı divarlardan dinləmə cihazları çıxdı. Özal görülən tədbirlər kifayət etməyəndə, mühafizəçiləri ilə soyunub dənizə girir, sükan arxasına keçib qonaqları ilə şəhəri gəzir, ikitərəfli danışıqları bağçada edirdi. Danışıqlarının gizli qalmasına çox diqqət yetirırdi. MİT-ə iqamətgahda axtarış aparmaq üçün göstəriş verdi. Bəzi divarlardan səs gəlirdi. "Qoy qalsın" dedi. Bilirdi ki, yenidən yerləşdirəcəklər. Ən yaxşısı dinləmə cihazları ilə yaşamağa alışmaq idi", - "Sabah" yazır.
Qəzet bildirir ki, mərhum prezidentin MİT-dən şübhələndiyi vaxtlar da olub:"MİT mütəxəssisləri dinləmə cihazlarını çıxararaq yerinə yenilərini qoya bilərdimi? Axtarışların aparılması üçün xüsusi elektronik şirkətin işçiləri çağırıldı. Bu da kömək etmədi. Dinləmə cihazları bağçadakı dibçəklərdən tapıldı. Bağban ABŞ səfirliyinin bağbanı ilə dost idi. Güllər də oradan alınırdı. Bağban işdən çıxarıldı".
T.Özal avropalı liderlərlə, Səddam Hüseyn və Müəmmər Qəzzafi ilə görüşə gedəndə qaldığı otellərdə dinləmə cihazları tapıldı. 1989-cu ildə prezidentliyə namizədliyi müzakirə edildiyi bir vaxtda, prezident Kenan Evrenin onu dinlədiyindən şübhələndi. K.Evre Özalın namizəd olmasını istəmirdi. Özal ailəsi bu məsələdə ona dəstək vermişdi. Amma Özal prezidetliyə namizəd olmağı düşünmədiyini söylədi. Özal iki gün sonra Evre ilə görüşmək üçün Köşkə getdi. Nazirlərdən biri Özalı qarşılayaraq "Düzgün qərarı vermisiniz. Prezidentliyə namizədliyiniz partiya üçün problem ola bilər" dedi. Özal artıq onun Evre tərəfindən dinlənilməsinə əmin idi.
Ömər Dağlı
-
ABŞ14:19Rubio kubalıları kəşfiyyat ilə əməkdaşlığa çağırdı: "Dəyişiklik vaxtıdır!"
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Avropa13:37Makron hökumətində təşviş: Xalqın qəzəbinə qarşı 70 minlik ordu səfərbər olundu
-
ABŞ13:30Ruslar ABŞ PUA-larını vurdular
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı































