Dünya
Hərbiçiləri Kiyevə aparan qatarın qarşısını əhali kəsdi
Ukraynanın Dneprepetrovski şəhərində əhali hərbi
hissələri mühasirəyə alıb, şəhərin çıxış yollarını isə
bağlayıb.
Ukraynadan verilən məlumata görə, hazırda əhali Dneprepetrovski
Dəmiryol Vağzalından Kiyevə istiqamətlənən hərbi texnikanı və
desant birləşmələrini aparan 12 vaqondan ibarət qatarın qarşısını
kəsiblər.
Dneprepetrovski əhalisi bunu Kiyevdəki soydaşlarına dəstək əlaməti
olaraq edir.
Qeyd edək ki, artıq 3 gündür Kiyevdə hökumət qüvvələri ilə
müxalifətçilər və hakimiyyətin əleyhinə olanlar arasında qarşıdurma
davam edir.
Toqquşmalarda 50-yə yaxın şəxsin öldüyü, 400-dən artıq insanın
yaralandığı bildirilir. Hadisələr Ukraynanın digər şəhərlərinə də
sirayət edib. Artıq ölkənin qərb bölgəsinin bir neçə şəhərində
hökumət əleyhinə olanlar dövlət qurumlarını ələ keçirib.
Hökumət Ukraynada 3 günlük matəm də elan edib /aznews.az/
-
Qoroskop18:32
Yaxın günlərdə şad xəbər alacaq 3 bürc
-
Magazin118:24
"Təranə Qumral kukla kimidir, amma..." - Əli Mirəliyevdən gözlənilməz REAKSİYA
-
Sosial17:48
Əli Əsədov yeni qərarlar imzaladı
-
Rəsmi xronika17:18
İlham Əliyev fərman imzaladı
-
Sosial16:57
Hava ilə bağlı xəbərdarlıq: mayın 5-i axşamdan 7-si səhərədək...
-
Qarabağ 16:37
Kəlbəcərdə bədbəxt hadisə - Hərbçimiz həlak oldu
-
Magazin216:17
Acun Ilıcalıya ağır itki - FOTO
-
Elm və təhsil15:40
Bu şəxslərin diplomu tanınmadı