Dünya
Xocalı soyqırımı Türkiyə Böyük Millət Məclisində qınandı
Xocalı soyqırımı Türkiyə Böyük Millət Məclisində qınanıb. TBMM 22 il əvvəl baş verən Xocalı soyqırımını pisləyən bəyanatla çıxış edib.
Türkiyə Baş nazirinin müavini Emrullah İşlər Xocalı soyqırımının
ildönümü ilə əlaqədar açıqlama verib:
"26 yanvar 1992-ci il tarixində Azərbaycanın Xocalı qəsəbəsində
83-ü uşaq və 106-sı qadın olmaqla 613 günahsız insan vəhşicəsinə
qətlə yetirilib. 22 il əvvəl Xocalıda yaşanan qırğını bir dəfə daha
qınayır və lənətləyir, Xocalıda qətl edilən azəri qardaşlarımızı
rəhmətlə yad edirəm. Türkiyə olaraq, azərbaycanlı qardaşlarımızın
və Azərbaycanın yanındayıq və yanında olmağa davam edəcəyik. Azəri
qardaşlarımız kimi Türkiyə və türk milləti olaraq Xocalıda yaşanan
qırğını unutmadıq, unutmayacağıq və unutdurmayacağıq".
Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni
silahlı dəstələri Xankəndində yerləşdirilmiş 366-cı motoatıcı
alayının zirehli texnikası və hərbi heyətinin dəstəyi ilə Xocalı
şəhərinə hücum edib.
Soyqırımı nəticəsində 613 nəfər qətlə yetirilib, 8 ailə bütünlüklə
məhv edilib, 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb,
1275 nəfər əsir və girov götürülüb.
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi