Dünya
Gürcüstan prezidenti Sərkisyana söz verdi : “Həssas mövzularda..”- FOTO
Ermənistanın Gömrük İttifaqına daxil olması Avropa İttifaqı ilə azad ticarət haqqında saziş imzalamış Gürcüstanla münasibətlərə maneə olmayacaq. Publika.Az BBC-yə istinadən xəbər verir ki, İrəvanda səfərdə olan Gürcüstan prezidenti Georgi Marqvelaşvili ilə birgə brifinq zamanı Ermənistan prezidenti Serj Sarkisyan deyib.
Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin Ermənistana ikigünlük səfəri cümə axşamı başlayıb. İki ölkə başçılarının görüşündən sonra nümayəndə heyətləri arasında geniş tərkibli danışıqlar keçirilib.
Margvelaşvili və Sarkisyan Ermənistanın Gömrük İttifaqına daxil olması, Gürcüstanın Avropa İttifaqı ilə azad ticarət haqqında saziş imzalaması ölkələr arasında münasibətlərə maneə olmayacağını bəyan ediblər.
“Ermənistanın Gömrük İttifaqına birləşməsi qərarı və Gürcüstanın Avropa İttifaqı ilə azad ticarət haqqında saziş imzalamaq qərarı, bizim ümumi fikrimizcə, ölkələrimiz arasında iqtisadi münasibətlərə maneə olmayacaq. Əksinə, bu qərarlar bizim iş adamları üçün yeni imkanlar açır”, - birgə brifinq zamanı Serj Sarkisyan deyib. Ermənistanla Gürcüstanın müxtəlif iqtisadi inkişaf istiqamətləri seçdikləri məsələsinə toxunan Georgi Marqvelaşvili deyib ki, “ölkələrin müxtəlif siyasi vektorlarına baxmayaraq, dəyişiklər müsbət olacaq”. “Biz münasibətlərimizin inkişafı və dərinləşməsi üçün əlimizdən gələni edəcəyik”, - Marqvelaşvili bildirib.
Gürcüstan prezidentiİrəvandakı "Erməni soyqırımı" abidəsi önünə əklil qoyub.
İki ölkə rəhbərləri regional infrastruktur layihələrini, “beynəlxalq arenada hər iki ölkə üçün həssas məsələlərə dair tarazlaşdırılmış və konstruktiv mövqenin qorunub saxlanmasının vacibliyini qeyd ediblər”, Ermənistan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Georgi Marqvelaşvili Gürcüstan erməni icmasının ölkənin iqtisadi, siyasi və mədəni həyatında “əhəmiyyətli rolunu” qeyd edib.
Gürcüstan prezidenti Eçmiadzin Baş Kilsəsində Bütün Ermənilərin Katolikosu II Qareginlə görüşüb, “Erməni soyqırımı” xatirə kompleksinə baş çəkib, abidə önünə Gürcüstan dövləti adından əklil qoyub, xatirə xiyabanında, ənənəvi olaraq, küknar ağacı əkib.
-
Magazin119:24
Aygün Bəylərin ailəsi tiktoker Ləmanı polisə şikayət etdi - FOTO
-
Sosial18:50
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - FOTO
-
Art18:40
“Sehirli xalat"ın sehri nədə idi? - VİDEO
-
Sosial17:53
Bakıda ev fantastik qiymətə kirayə verilir - FOTO
-
Sosial17:17
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
-
Hadisə16:58
Hoteldə ölən dostlarla bağlı YENİ DETALLAR - FOTO
-
MDB16:43
Zelenskiyə qarşı terror planlaşdıran şəbəkə ifşa edildi: Daha kimləri öldürmək istəyiblər?
-
Sosial15:58
Novruz Məmmədov vəzifəsindən azad edildi