Dünya
Rus qoşunları Ukraynaya daxil olub - YENİLƏNİB
Rusiya parlamentinin yuxarı qanadı olan Federasiya Şurası Rusiyanın Ukraynaya qoşun yeritməsinə icazə verib.
Publika.az xəbər verir ki, qərarın ardından dərhal rus qoşunları Ukraynaya daxil olublar. Hazırda Rusiya ordusunun hərbi kolonnası Ukraynanın Zaporojye vilayəti ilə irəliləyir. Yerli sakinlər Rusiya hərbçilərinin kolonnasının Çonqar yarımadasından keçərək Zaporojye vilayətinə daxil olduğunu deyirlər.
Qeyd edək ki, bu gün Rusiya prezidenti Vladimir Putin Ukraynaya
qoşun yeritmək üçün Federasiya Şurasına müraciət etmişdi.
"Ukraynada yaranmış qeyri-adi vəziyyətlə bağlı, Rusiya
Federasiyasının vətəndaşlarının, bizim həmvətənlərimizin, Rusiya
Silahlı Qüvvələrinin beynəlxalq saziş əsasında Ukrayna ərazisində
(Krım Muxtar Respublikasında) dislokasiya edən şəxsi heyətinin
həyatına yaranmış təhlükə ilə bağlı Rusiya Federasiyasının
Konstitusiyasının 102-ci maddəsinin 1 hissəsinin “q” bəndinin
əsasında Federasiya Şurasına Ukraynada ictimai-siyasi vəziyyət
normallaşana qədər Rusiya Silahlı Qüvvələrinin bu ölkənin
ərazisində istifadə edilməsi ilə bağlı müraciət təqdim edirəm", -
deyə sənəddə bildirilirdi.
YENİLƏNİB
BMT Təhlükəsizlik Şurası Bakı vaxtı ilə 23.00-da Ukraynadakı vəziyyəti müzakirə etmək üçün toplanacaq. Bu barədə “RİA Novosti”yə BMT-dəki diplomatik mənbə bildirib.
“Təhlükəsizlik Şurası yerli vaxtla 14.00-da (Bakı vaxtı ilə 23.00-da) Ukraynadakı vəziyyəti müzakirə etmək üçün toplanacaq”, deyə mənbə bildirib.
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?
-
Hadisə09:35
Tanınmış aşığın gəlini evdən qaçdı - VİDEO
-
Nida Xəbər 09:30
Ermənistan polisi Azərbaycanla sərhəddə xüsusi əməliyyat keçirir - Saxlanılanlar var
-
Hadisə09:18
Əri tərəfindən başı kəsilən Sevincin toy görüntüləri - VİDEO
-
Magazin208:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” ETİRAFI - VİDEO
-
Ekologiya08:30
Bakıda küləkli hava nə vaxtadək davam edəcək?
-
Nəqliyyat08:25
Bu yolda avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
-
İdman08:20
Reşford yenə gecə klubunda: Bu dəfə kolumbiyalı gözəllə – FOTO