Dünya
Ukraynalı pilotun vəziyyəti pisləşib
Rusiyada həbsdə olan ukraynalı pilot Nadia Savçenko bu gün mülki hospitala köçürüləcək.
Publika.az-ın məlumatına görə, bunu onun vəkili Mark Feigin Twitter səhifəsində yazıb. O, istintaq təcridxanasında Savçenkoya baş çəkdiyini və onun 20 saylı şəhər xəstəxanasına göçürüləcəyini bildirib.
Rusiya Penitensiar Xidmətinin sözçüsü Kristina Belousovada bildirib ki, Savçenko yeməkdən imtina etdiyinə görə, ötən bazar səhəti kəskin pisləşib və zərurət yaransa mülki xəstəxanaya köçürüləcək.
Savçenko Ukraynanın şərqində gedən döyüşlərdə 2 Rusiya vətəndaşının qətlində ittiham olunur.
Rusiya İstintaq Komitəsinin məlumatına görə, jurnalistlərin yerini Ukrayna hərbçilərinə o verib.
Və bundan sonra Rusiyaya keçmək istəyərkən sərhəddə yaxalanıb.
Savçenko ittihamları rədd edir. Onun sözlərinə görə onu rusiyapərəst separatçılar oğurlayaraq Rusiya tərəfinə təhvil verib.
Kiyev və Qərb ölkələri Moskvadan dəfələrlə onun verilməsini tələb ediblər.
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...
-
Sosial11:48
Bu şəxslərə 1380 manat ödəniş edilir
-
Magazin111:33
“Zaur ailəmi dağıdıb, onu güllələyəcəm” - Polis hərəkətə keçdi
-
Dünya11:06
Dollar ucuzlaşır, ruzigar türk lirəsinin xeyrinə əsir: Bütün gözlər bu hesabatda
-
Dünya10:36
Yeni qanun hazırlanır: qiymətləri süni şəkildə artıranlar bu qədər cərimələnəcək
-
Cənubi Qafqaz10:00
Azərbaycan və Ermənistan arasında bölünəcək bu kənddə ölçmə işləri başladı - FOTO/VİDEO
-
ABŞ09:12
Milyarder bəşəriyyəti xəbərdar etdi: Atom bombasından da təhlükəlidir