Dünya
Kerri: “İranla hələ də razılaşmadıq”
ABŞ dövlət katibi Con Kerri Nyu-Yorkda keçirilən Nüvə Silahının Yayılmaması barədə Müqavilə üzrə konfransda İranla aparılan nüvə müzakirələrinin hazırkı vəziyyətini şərh edib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, dövlət katibi İranla nüvə müzakirələrində bəzi təməl mövzuların hələ də həll edilmədiyini söyləyib.
Kerri İranla razılaşma əldə ediləcəyi halda dünyanın daha etibarlı vəziyyətə gələcəyini deyib: “İranla son razılaşmanın əldə olunması üçün qət edilməsi lazım olan xeyli yol var. Bəzi təməl mövzular hələ də həll edilməyib. Buna baxmayaraq, yekun razılaşmaya hər zamandan daha yaxınıq”.
ABŞ dövlət katibi İranla əldə olunacaq razılaşmanın veriləcək sözlərə deyil, dəlillərə söykənəcəyini vurğulayıb.
Kerri Rusiyaya da nüvə silahlarının azaldılması mövzusunda çağırış edib. Dünyadakı nüvə silahlarının 90 faizindən çoxunun Rusiya və ABŞ-a məxsus olduğunu vurğulayan Kerri Rusiyanı Nüvə Silahının Yayılmaması barədə Müqavilə üzrə konkret addımlar atmağa çağırıb.
Ömər Dağlı
-
Dünya21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri
-
Magazin120:36
"Həcim olsaydı, dərdim nə idi?" - Müğənnidən qalmaqallı açıqlama - VİDEO
-
MDB19:50
Rusiyadan Qərbə xəbərdarlıq
-
Magazin119:40
Nadirin səhhətində problem yarandı - AÇIQLAMA
-
Ekologiya18:45
Hava ilə bağlı XƏBƏRDARLIQ