Nəqliyyat
İki yaşlı oğlunu qucağında otuzdurub “Jeep Patriot” sürdü
Abşeron rayonu, Məhəmmədi kəndində iki yaşlı övladını qucağına oturdaraq “Jeep Patriot” minik markalı avtomobili idarə edən şəxsə hökm oxunub.
Publika.az xəbər verir ki, 1994-cü ildə Abşeron rayonunda anadan olmuş Rövşən Cabirov avtomobili idarə edərkən qucağında azyaşlı uşağı əyləşdirdiyinə görə DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Rövşən atasına məxsus “Jeep Patriot” markalı avtomobillə aptekə gedən zaman övladı onunla olub və uşağı qucağında otuzdurub. Polis əməkdaşları onu saxlamaq istəyərkən məsuliyyətdən yaxa qurtarmaq üçün ara küçəyə daxil olaraq, polislərin onu saxlaya bilməyəcəyini düşünüb. Nəqliyyat vasitəsinin sürətini artırıb-azaltmaqla və digər belə hərəkətlərlə avtoxuliqanlıq hərəkəti edib.
Avtomobili saxladıqda, sürücünün sənədləri yoxlanılarkən məlum olub ki, onun nəqliyyat vasitəsini sürmək üçün etibarnaməsi yoxdur. Bundan sonra nəqliyyat vasitəsi duracağa yerləşdirilib. Rövşən barəsində İnzibati Xətalar Məcəlləsinin 332.1 və 511.1.3-cü maddələri ilə protokol tərtib edilib.
Məhkəmə Rövşənin Qarabağ müharibəsi iştirakçısı olmasını, əməlindən peşman olduğunu nəzərə alaraq, onu 500 manat cərimə edib.
(Qaynarinfo)
-
Dünya14:53
Dünyanın ən böyük fəlakəti üzə çıxdı: 10 ildən sonra görün nə baş verəcək
-
Sosial14:28
Rəşid Mahmudovun qızı kürəkəni tərəfindən qətlə yetirilib? - AÇIQLAMA
-
Köşə14:08
O, bu günə başqa gözlə baxır: Əliyevin Qarabağa apardığı hədiyyə nədir?
-
Dünya13:33
Polşa Ukraynaya qoşun yeridəcək - RAZILIQ VERİLDİ
-
Region13:06
Ermənistan hökuməti və Gürcüstan müxalifəti eyni mərkəzdən idarə olunur - QALMAQALLI İDDİA
-
Sosial12:42
Rasim Gözəlov vəzifəsindən azad edildi
-
İdman12:19
İkardinin Vanda Narası Türkiyə futbolunu dünyada belə təbliğ edir - FOTOLAR
-
Dünya12:04
Papa təhqirə keçdi - LGBT ilə bağlı elə söz işlətdi ki, yazmaq belə olmaz