Fransalı əsgərlər uşaqlara təcavüz edib - HESABAT
Bizi izləyin

Dünya

Fransalı əsgərlər uşaqlara təcavüz edib - HESABAT

Mərkəzi Afrika Respublikasında sülhməramlı missiyanı həyata keçirən Fransa əsgərləri 2013-cü ilin dekabrından 2014-cü ilin iyun ayına kimi uşaqlara təcavüz edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) nümayəndəsi Anders Kompasın mətbuata sızdırdığı hesabatda deyilir.

Hesabat BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı və “Aids Free World” təşkilatı tərəfindən hazırlanıb. Təcavüzə məruz qalanların müharibə gedən bölgələrdə evlərindən çıxmaq məcburiyyətində olan və paytaxt Banguidəki bir sığınacaqda yerləşdirilən uşaqlar olduğu bildirilir.

Fransalı əsgərlərin uşaqları qida və pulla aldatdığı qeyd olunub.

Paris Baş prokurorluğu hesabatda səsləndirilən iddialarla əlaqədar istintaqa başlayıb. Fransalı səlahiyyətlilər bildirib ki, iddialar sübut edilsə, günahkarlar ən ağır şəkildə cəzalandırılacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm