İranlı nazirdən şok açıqlama: "Qadağaların faydası yoxdur"
Bizi izləyin

Dünya

İranlı nazirdən şok açıqlama: "Qadağaların faydası yoxdur"

"Hökümətin əhalinin xarici mətbuata çıxışını bloklamaq cəhdləri mənasızdır".

Publika.az-ın məlumatına görə, bunu İranın Mədəniyyət naziri Əli Cənnəti deyib.

Onun sözlərinə görə, İranda peyk televiziyası, Twitter və Facebook qadağan olunub. Lakin əhalinin böyük hissəsi bu yasaqlara baxmayaraq xüsusi proqramlar vasitəsilə internetə və peyk televisiyasına çıxış əldə etməyin yolunu tapıb.

Nazirin fikrincə qadağalar əvəzinə hökümət öz mövgeyini xalqa çatdırmağın üsullarını təkmilləşdirməlidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm