Əhməd Davudoğlu Suriyaya keçdi
Bizi izləyin

Dünya

Əhməd Davudoğlu Suriyaya keçdi

Türkiyənin Baş naziri Əhməd Davudoğlu Suriya sərhədini keçərək Süleyman Şah məqbərəsinə baş çəkib.

Əhməd Davudoğlu Suriya ərazisində türk əsgərləri tərəfindən qorunan və 13-cü əsrə aid olan türbəni ziyarət edib.

Əhməd Davudoğlunu məqbərəni ziyarət səfərində hərbi texnika və helikopterlər müşaiyət edib, onun səfəri barədə əvvəlcədən xəbər verilməyib.

Prezident Bəşər Əsəd höküməti bildirib ki, Türkiyə Suriyanın İstanbuldakı konsulluğuna bu səfər barədə məlumat versə də, Suriya hökümətinin cavabını gözləməyib, bu isə 1921-ci il sazişinin pozulması deməkdir.

Qeyd edək ki, Süleyman şahın məqbərəsi türk hərbçilərinin məxfi əməliyyatı nəticəsində bu ilin fevral ayında təhlükəsiz əraziyə köçürülüb. Suriya həmin əməliyyatı açıq-aşkar təcavüz aktı kimi qiymətləndirmişdi.

Sülüyman şah (1178-1236) Osmanlı imperiyasının yaradıcısı Birinci Osmanın babasıdır.

Türbə hazırda Türkiyə sərhədindən bir neçə yüz metr məsafədə, Hələb vilayətində yerləşir.

Köçürülməzdən əvvəl türbə sərhəddən xeyli uzaqda yerləşirdi və 1921-ci il sazişinə əsasən Suriya ərazisində yeganə Türkiyəyə məxsus anklav sayılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm