Vaşinqton ərəblər üçün regional müdafiə sistemi yaradır
Bizi izləyin

Dünya

Vaşinqton ərəblər üçün regional müdafiə sistemi yaradır

“Vaşinqton Fars körfəzi ölkələrini ələ alaraq İranın nüvə proqramı üzrə mümkün razılaşmaya bu ölkələrin dəstəyini təmin etməyə çalışır”.

Publika.az “Sputnik” agentliyinə istinadən xəbər verir ki, bu barədə amerikalı senator Con Makkeyn bildirib.

“Düşünürəm ki, ABŞ prezidenti Barak Obamanın administrasiyası rüşvətxorluğun istənilən formasına müraciət edəcək. Amma çətin ki bu iş onlarda müvəffəqiyyət qazansın. Çünki Fars körfəzinin dövlətləri İranla nüvə razılaşmasını təhlükə kimi qiymətləndirir”, - Makkeyn deyib.

Qeyd edək ki, Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına üzv olan ölkələrin Kemp-Devid sammiti 13-14 may tarixlərində keçiriləcək. Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına daxil olan ölkələrin liderləri bu gün ABŞ prezidenti Barak Obama ilə görüşəcək. ABŞ-a getməyəcəyi barədə xəbərlər yayılan və buna görə Obamadan üzr istədiyi deyilən Səudiyyə kralı Salman ibn Əbdül-Əziz artıq ABŞ-dadır. O, ABŞ prezidenti ilə görüşərək sammitə hazırlıq çərçivəsində danışıqlar aparıb.

Analitiklər hesab edir ki, Obamanın əsas məqsədi İranla mümkün nüvə razılaşmasından narahat olan regional müttəfiqlərini sakitləşdirməkdir. Fars körfəzinin ərəb ölkələri nüvə razılaşmasından sonra Tehranın regionda təsirinin güclənəcəyindən ehtiyat edir. Mayın 7-də Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ABŞ-dan təhlükəsizliyi üçün zəmanət istəyib. BƏƏ-nin Vaşinqtondakı səfiri qeyd edib ki, ölkənin təhlükəsizliyi üçün zəmanət istəyi İranın regiondakı davranışı ilə bağlıdır.

Amerika hökumətindəki mənbələrin sözlərinə görə, ABŞ prezidenti sammitdə İran təhlükəsinə cavab olaraq regional hava hücumundan müdafiə sisteminin yaradılması ideyasını səsləndirəcək. Bundan başqa, rəsmi şəxslərin fikrincə, prezident silahların çatdırılması üzrə əməkdaşlığın gücləndirilməsini təklif edə bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm