Separatçılar Kiyevə Konstitusiya layihəsi göndərdilər
Bizi izləyin

Dünya

Separatçılar Kiyevə Konstitusiya layihəsi göndərdilər

Donetsk və Luqansk “xalq respublikaları”nın liderləri rəsmi Kiyevə Ukraynanın demərkəzləşdirməsi üzrə plan təqdim ediblər.

Publika.az RİA informasiya agentliyinə istinadən xəbər verir ki, separatçıların liderləri Konstitusiya dəyişiklikləri layihəsini Ukraynanın Konstitusiya Komissiyasının başçısı Vladimir Qroysmana göndərib.

Separatçıların təklif etdiyi layihə yerli hakimiyyətin nəzarəti altında xalq milis dəstələrinin yaradılması, rus dilinə rəsmi status verilməsi, regionda xüsusi iqtisadi rejimin yaradılması və ədliyyə sistemində islahatların keçirilməsini nəzərdə tutur. Bundan başqa, Ukraynanın Konstitusiyasına ölkənin bütün regionlarının öz müqəddəratını təyin etmə hüququ haqqında maddənin daxil edilməsi təklif edilir. “Xalq respublikaları”nın rəhbərliyi həmçinin Ukraynanın neytral statusunun Konstitusiya ilə möhkəmləndirilməsinə ümid edir.

“DXR” Xalq şurasının vitse-spikeri Denis Puşilin sözlərinə görə, “DXR” və “LXR” rəhbərliyi Ukrayna Konstitusiya Komissiyasına, şəxsən Vladimir Qroysmana dəfələrlə müraciət edib. “Ümid edirik ki, təkliflərimiz Ukraynanın Konstitusiya Komissiyasının bu gün keçiriləcək iclasında nəzərə alınacaq”, - o deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm