Dünya
Gürcülər seçim qarşısında: “Qərb, yoxsa Rusiya”
“Gürcüstanın NATO və Avropa Birliyinə daxil olmaq cəhdləri müvəffəqiyyətsizliyə uğrayıb. Gürcülər artıq Qərblə Rusiya arasında seçim etməyi düşünür.
Publika.az xəbər verir ki, bu barədə Gürcüstanın Qərbdən gözləntilərini şərh edən “Financial Times” yazıb.
ABŞ nəşri hesab edir ki, Qərbin Gürcüstanla inteqrasiyaya daha az cəhd göstərməsi ölkə sakinlərində məyusluq doğurur. “Financial Times” xatırladır ki, NATO-nun ötən il Kardifdə keçirdiyi sammitdə Gürcüstana ittifaqa üzvlük üzrə İş Planı verilməyib. Bundan başqa, gürcülər Avropa Birliyi ilə assosiasiya sazişinin üstünlüklərini hiss etmirlər və Brüssel Gürcüstanla hələ viza rejimini sadələşdirmək niyyətində deyil.
Gürcü politoloq Eka Metrevelini qeyd edir ki, ölkə əhalisinində Qərblə bağlı yaranan məyusluq Rusiya təsirinin güclənməsinə gətirib çıxarır.
ABŞ Milli Demokratiya İnstitutunun (NDİ) keçirdiyi sorğunun nəticələrinə görə, Gürcüstan əhalisinin 31 faizi Avrasiya İqtisadi İttifaqına girişə üstünlük verir. Bu bir il əvvəlkindən iki dəfə çoxdur. Bundan başqa, “Financial Times” yazır ki, Ukraynadakı hadisələr Gürcüstan vətəndaşlarının Rusiyaya münasibətini dəyişdirib.
“Gürcülərin çoxu Avropanı zəif və qətiyyətsiz hesab edirlər. Amma Putin güclü insan kimi görünür. İnsanlar düşünürlər ki, Avpopa ölkəyə hansı xeyri verir? Hesab edirlər ki, Rusiyaya müqavimət göstərmək axmaqlıqdır”, - politoloq Qiya Nodiya vəziyyəti şərh edir.
Gürcüstan siyasətçiləri və ekspertlər ölkədə Rusiya tərəfdarı olan siyasi qrupların gücləndiyini qeyd edirlər. Onlardan biri “Avrasiya seçimi” koalisiyasıdır. Qeyri-hökumət təşkilatlarının bu koalisiyası təxminən 16 min insanı ətrafında birləşdirir. Analitiklərin fikrincə, rusmeylli partiyaların 2016-cı ildə parlament seçkilərində qələbə qazanacağı gözlənilməsə də, onlar nəzarətin tamamilə Qərb yönümlü partiyaların əllərinə keçməməsi üçün güclü azlıq formalaşdıracaqlar.
Ömər Dağlı
-
Nəqliyyat08:24
Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan GÖRÜNTÜLƏR
-
MDB08:12
Bu gün Rusiya hökuməti istefa verəcək
-
Qoroskop07:55
Bu yay varlanacaq BÜRCLƏR
-
Nəqliyyat07:39
Bu yolda sürət həddi bərpa edildi
-
Maraq dünyası07:25
Eşşəklərə toy etdilər - FOTOLAR
-
Magazin207:10
Sinem Kobalın uğursuz fotoşopu - Elə bir səhv etdi ki... - FOTO
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...