Dünya
Vaşinqtondan Rusiyaya ağır zərbə: RMS Moskvaya yaxınlaşır
ABŞ Ukraynada Raketdən Müdafiə Sistemləri (RMS) yerləşdirə bilər.
Publika.az “Unian.net” saytına istinadən xəbər verir ki, bu barədə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının baş katibi Aleksandr Turçinov bildirib.
Onun sözlərinə görə, Rusiyadan olan təhlükə belə bir addım atmağı zəruri edir. Aleksandr Turçinov qeyd edib ki, Moskva ilhaq olunan Krım yarımadasında nüvə silahının yerləşdirilməsi üzərində işləyir. Milli Təhlükəsizlik və Müdafiə Şurasının baş katibi bildirib ki, Rusiya hərbçiləri Krımda infrastrukturun yaxşılaşdırılması ilə fəal məşğul olur, xüsusi halda aerodromlarda uçuş-enmə zolaqları müasirləşdirir və silah istehsalı müəssisələri bərpa edilir.
“Bu, bizi çox narahat edir. Krımdakı nüvə silahı faktiki olaraq ilk növbədə Avropa ölkələrinə qarşı yönələcək. Bundan başqa, NATO-nun üzvü olan Türkiyə üçün real təhlükə mövcuddur”, - Turçinov vurğulayıb.
Aleksandr Turçinovun bəyanatına Moskavadan dərhal reaksiya verilib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Puskov Kiyevə mümkün cavab addımların atılacağı barədə xəbərdarlıq edib.
“Bu Rusiya Federasiyası üçün təhlükə deməkdir. Raketdən müdafiə sistemi quraşdırılacağı halda Rusiya öz təhlükəsizliyinin təminatı üçün cavab ölçülərini qəbul etməli olacaq”, - Puskov deyib.
Qeyd edək ki, ABŞ 2002-ci ildə Şərqi Avropanın bir neçə ölkəsində RMS-in yaradılması barədə qərar verib. Sistem 2012-ci ildən işləməyə başlayıb. Sistem tam gücü ilə 2018-ci ildən işləməyə başlayacaq. ABŞ və NATO-nun rəhbərliyi bildirir ki, RMS-in genişləndirilməsi ittifaq ölkələrini İran və Şimali Koreya təhdidindən qorumaq məqsədilə edilir. Rusiya isə sərhədlərə yaxın ərazilərdə bu cür sistemləri özünün milli təhlükəsizliyinə təhlükə hesab edir.
Ömər Dağlı
-
MDB08:12
Bu gün Rusiya hökuməti istefa verəcək
-
Qoroskop07:55
Bu yay varlanacaq BÜRCLƏR
-
Nəqliyyat07:39
Bu yolda sürət həddi bərpa edildi
-
Maraq dünyası07:25
Eşşəklərə toy etdilər - FOTOLAR
-
Magazin207:10
Sinem Kobalın uğursuz fotoşopu - Elə bir səhv etdi ki... - FOTO
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...
-
Magazin16 May 23:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO