SON DƏQİQƏ: İŞİD Kərbəlaya doğru irəliləyir
Bizi izləyin

Dünya

SON DƏQİQƏ: İŞİD Kərbəlaya doğru irəliləyir

Bir neçə gün bundan əvvəl İraqın ən böyük vilayəti olan Ənbarın inzibati paytaxtı Ramadini ələ keçirən İŞİD terror təşkilatı Kərbəla şəhərinə doğru irəliləyir.

Publika.az xəbər verir ki, bu barədə Kərbala valisinin köməkçisi Casim Fetlavi bildirib.

Onun sözlərinə görə, iraqlı şiə lideri, Sadr hərəkatının lideri Seyid Müktəda es-Sadr çağırışı ilə şiə döyüşçüləri bölgəyə göndərilib. Casım Fetlavi kifayət qədər hərbi təchizata sahib olduqlarını və Kərbəlanı müdafiə edəcəklərini söyləyib.

Qeyd edək ki, İŞİD terror təşkilatı ötən həftə Əbubəkr əl-Bağdadiyə aid olduğu iddia olunan bir səs yazısını dərc edib. İŞİD lideri Ramadidən sonrakı hədəflərin Bağdad və Kərbəla olduğunu bildirib. “Ramadidən sonra sıra Bağdad, Nəcəf və Kərbəladır", - İŞİD lideri səs yazısında deyib.

Mukteda es-Sadr isə dərhal İŞİD-ə xəbərdarlıq edib: “Müqəddəslərimizə əl uzadacağı halda, İraq torpaqlarını onların çürümüş cəsədləri ilə doldurarıq”.

İraqın paytaxtı Bağdadın 100 kilometr cənub-qərbində yerləşən Kərbəla şiə məzhəbinin müqəddəs məkanlarından biridir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm