Dünya
Rusiya ilə bağlı dəhşətli proqnoz
Rusiyada iqtisadi böhran hələ aradan qaldırılmayıb və böhranın pik həddi bu ilin ikinci rübündə baş verəcək. ANS-in məlumatına görə, bunu Rusiyanın keçmiş maliyyə naziri Aleksey Kudrin bildirib.
O deyib ki, böhranın ağır dövrünün geridə qaldığını düşünmək olmaz, çünki ümumi daxili məhsul (ÜDM) birinci rüblə müqaisədə ikinci rübdə daha çox azalacaq: "Bu il ÜDM-in təqribən 4 faiz azalacaq. Bu, İqtisadi İnkişaf Nazirliyinin açıqladığı proqnozundan çoxdur".
Onun sözlərinə görə, ölkəni iqtisadi böhran bürüyəcək. Böhranlı vəziyyət yalnız bank sektorunda yavaşıya bilər. Rusiya 2000-ci ildən indiyədək ilk dəfədir böyük böhran dövrünü yaşayır. Keçmiş nazir ölkədə siyasi və iqtisadi islahatlar aparılacağı halda hakimiyyət qurumlarına qayıtmasının mümkünlüyünü istisna etməyib.
Xatırladaq ki, A.Kudrin 2000-2011-ci illərdə Rusiyanın maliyyə naziri işləyib.
-
Ekologiya08:30
Bakıda küləkli hava nə vaxtadək davam edəcək?
-
Nəqliyyat08:25
Bu yolda avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
-
İdman08:20
Reşford yenə gecə klubunda: Bu dəfə kolumbiyalı gözəllə – FOTO
-
Dünya08:10
Zelenski onu vəzifəsindən azad etdi
-
Magazin205:45
Sevgili olduqları deyilirdi: Buse Meraldan Aras Bulutla bağlı AÇIQLAMA
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...