Dünya
Keçmiş kəşfiyyatçı: “Vaşinqton “terror kartı”nı oynayır”
“ABŞ hakimiyyəti kütləvi izləmə təcrübəsini qaytarmaq üçün "terror kartı”nı oynayır”.
Publika.az RİA informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə “Amnesty İnternational” təşkilatının Londonda təşkil etdiyi konfransda video əlaqə üzrə çıxış edən Amerika xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı Edvard Snouden bildirib.
Qeyd edək ki, ABŞ Konqresi tərəfindən icrası dayandırılan “Vətənpərvərlik aktı”nın (“Patriot Act”) əvəzinə qəbul etdiyi qanun dünən ABŞ prezidenti Barak Obama tərəfindən imzalanıb. Qanun vətəndaşların telekommunikasiya fəallığının xüsusi xidmət orqanları tərəfindən nəzarətini tənzimləyir. Yeni normalar “Vətənpərvərlik aktı” ilə müqayisədə dövlət orqanlarının səlahiyyətlərini bir qədər məhdudlaşdırır.
Snouden qeyd etdi ki, Amerika hakimiyyəti axtarış sistemləri ilə hər bir insana aid dosyeni ala bilər. Keçmiş kəşfiyyatçının sözlərinə görə, gizlilik anlayışı nəyisə gizlətmək cəhdlərini bildirmir. “Əksinə, bu, öz azadlığını müdafiə etməkdir”, - o vurğulayıb.
Ömər Dağlı
-
ABŞ09:12
Milyarder bəşəriyyəti xəbərdar etdi: Atom bombasından da təhlükəlidir
-
İKT09:00
Bill Qeytsin "Microsoft"da gizli işlə məşğuldur - Məlumat SIZDIRILDI
-
MDB08:00
Rusiyada səma çəhrayı rəngə boyandı - FOTO/VİDEO
-
MDB06:46
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ - Antaş balaca-böyük bilmədən...
-
Magazin205:15
Madonna Braziliyanı "SİLKƏLƏDİ" - Çimərlikdə və şəhər küçələrində izdiham yaşandı
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO