Özalın ölümü üzərindən oyun qurulub- İddia
Bizi izləyin

Dünya

Özalın ölümü üzərindən oyun qurulub- İddia

Yataq otağını belə güdürdülər" - Sabiq prezidentin oğlu danışır

1980-ci illərdə baş nazir olan Turqut Özalın yataq otağı, masası, telefonu, iş otağının divarları dinləmə cihazları ilə dolu idi. Görülən tədbirlər kifayət etməyəndə isə T.Özal əhəmiyyətli danışıqları ya dənizdə, ya avtomobildə, ya da bağçasında edirdi.

Publika.Az –ın "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, dinləmə cihazlarından zərər çəkən siyasətçilərdən biri də mərhum prezident T.Özal idi.

"O, ən çox dinlənilən liderlərdən biri oldu. Baş nazirliyin rəsmi iqamətgahındakı yataq otağından, masasından, telefonundan, otağındakı divarlardan dinləmə cihazları çıxdı. Özal görülən tədbirlər kifayət etməyəndə mühafizəçiləri ilə soyunub dənizə girir, sükan arxasına keçib qonaqları ilə şəhəri gəzir, ikitərəfli danışıqları bağçada edirdi. Danışıqlarının gizli qalmasına çox diqqət yetirırdi. MİT-ə iqamətgahda axtarış aparmaq üçün göstəriş verdi. Bəzi divarlardan səs gəlirdi. "Qoy qalsın" dedi. Bilirdi ki, yenidən yerləşdirəcəklər. Ən yaxşısı dinləmə cihazları ilə yaşamağa alışmaq idi", - "Sabah" qəzeti mərhum prezidntin oğluna istinadən yazır.

Qəzet bildirir ki, mərhum prezidentin MİT-dən şübhələndiyi vaxtlar da olub:"MİT mütəxəssisləri dinləmə cihazlarını çıxararaq yerinə yenilərini qoya bilərdimi? Axtarışların aparılması üçün xüsusi elektronik şirkətin işçiləri çağırıldı. Bu da kömək etmədi. Dinləmə cihazları bağçadakı dibçəklərdən tapıldı. Bağban ABŞ səfirliyinin bağbanı ilə dost idi. Güllər də oradan alınırdı. Bağban işdən çıxarıldı".

T.Özal avropalı liderlərlə, Səddam Hüseyn və Müəmmər Qəzzafi ilə görüşə gedəndə qaldığı hotellərdə dinləmə cihazları tapıldı. 1989-cu ildə prezidentliyə namizədliyi müzakirə edildiyi bir vaxtda, prezident Kenan Evrenin onu dinlədiyindən şübhələndi. K.Evren Özalın namizəd olmasını istəmirdi. Özal ailəsi bu məsələdə ona dəstək vermişdi. Amma Özal prezidetliyə namizəd olmağı düşünmədiyini söylədi. Özal iki gün sonra Evrenlə görüşmək üçün Köşkə getdi. Nazirlərdən biri Özalı qarşılayaraq "Düzgün qərarı vermisiniz. Prezidentliyə namizədliyiniz partiya üçün problem ola bilər" dedi. Özal artıq onun Evren tərəfindən dinlənilməsinə əmin idi.

Ömər Dağlı

Türk mediasının Özalın dinlənilməsi və zəhərlənməsi ilə bağlı növbəti araşdırmasını da yazıya əlavə edirik.

Ərdoğana Özalın ölümü üzərindən oyun qurulub-İddia

Tükiyənin mərhum prezidenti Turqut Özalın oğlu Əhməd Özal baş nazir Rəcəb Tayyıb Ərdoğana atasının ölümü üzərindən bir oyun qurulduğunu bildirib.Publika.Az –ın "Yeni Şafak" qəzetinə istinadən verdiyim məlumata görə, A.Özal T.Özalın məzarının açılmasından sonra hazırlanan bəzi sənədlərin gizlənildiyini, bunların yaxın vaxtlarda ortaya çıxarılacağını söyləyib.

Türkiyənin səkkizinci prezidenti T.Özalın ölümünün arxasındakı sirr hələ də açılmayıb. Ölümü ilə bağlı yaranan şübhələri aradan qaldırmaq üçün məzarı açıldı və cəsədindən götülülən nümunələr laboratoriyada yoxlanıldı. Hazırlanan hesabat isə ictimaiyyəti tam qane etmədi. T.Özalın oğlu isə atasının ölümü ilə bağlı hazırlanan hesabatla baş nazir Ərdoğana oyun qurulduğunu iddia edib. O, bir neçə ay ərzində bu oyunun oynanılacağını dilə gətirib.

Xalqın 90 faizinin T.Özalın zəhərlənərək öldürüldüyünə inandığını söyləyən Ə.Özal "İndi gizlədilən hesabatlar ortaya çıxarılacaq və deyəcəklər ki, bunları baş nazir saxlamışdı. Ölümün zəhərlənmə ilə baş verdiyi qəbul edilsə, baş nazir şahid statusunda olacaqdı. Deyəcəklər ki, baş nazir Özalın özündən önə çıxmasını istəmədi. Dezinformasiyaları da indidən hazırlayıblar" deyib.

Ərdoğana qurulan bu oyunu dövlət rəsmiləri ilə də müzakirə etdiyini deyən Ə.Özal ədliyyə naziri Bəkir Bozdağa bu barədə məlumat verdiyini söyləyib. Ə.Özal baş nazirin yaxın ətrafdakı bir neçə şəxs tərəfindən səhv istiqamətləndirildiyini deyib.

"Hökumət daxilində də bir qüvvə var. Keçmiş ədliyyə naziri Sadullah Yetkin "Özal zəhərlənib" dedi. Bundan sonra böyük bir susqunluq yaşandı. Çünki susduruldular. Hökumət daxilindəki bu qüvvə baş naziri yanıltmaq üçün hər kəsi susdurdu", - Ə.Özal deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm