Dünya
Rusiya kanalının əməkdaşları canlı efirdə Rusiyaya etiraz edirlər- VİDEO
RT kanalının jurnalisti Rusiyanın Krım siyasətinə etirazını bildirərək canlı efirdə işdən çıxdığını elan edib.
RT Amerikanın əməkdaşı Liz Uahl bəyan edib ki, bundan sonra
özünü “Putinin hərəkətlərini təmizə çıxaran” televiziyanın bir
hissəsi kimi görə bilmir. O bildirib ki, onun əsli Macarıstandandır
və əcdadları 1956-cı ildə Sovet qoşunları bu ölkədəki inqilaba
qanlı divan tutanda Amerikaya qaçmağa məcbur olublar. Jurnalist
əlavə edib ki, Rusiyanın Krımdakı siyasətini yanılış saydığından
Kremlin maliyyələşdirdiyi TV kanalda işləməyə özündə mənəvi haqq
görmür.
Bu haqda xəbər verən "Qardian" yazır ki, Amerikada yayımlanan RT əməkdaşının Ukrayna hadisələrinə etiraz edən 2-ci əməkdaşıdır. Bundan əvvəl də kanalın populyar aparıcısı Abbi Martin ssenaridən kənara çıxaraq Rusiya hökumətini tənqid edib.2005-ci ildə yaradılan RT kanalı bu yaxnlara qədər "Russia Today" adı altında yayımlanırdı. Rusiyanın maliyyələşdirdiyi bu TV şəbəkə ingilis, ərəb və digər dillərdə dünyanın müxtəlif ölkələrində, o cümlədən də ABŞ-da yayımlanır.
http://publika.az/p/9597
-
Art18:40
“Sehirli xalat"ın sehri nədə idi? - VİDEO
-
Sosial17:53
Bakıda ev fantastik qiymətə kirayə verilir - FOTO
-
Sosial17:17
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
-
Hadisə16:58
Hoteldə ölən dostlarla bağlı YENİ DETALLAR - FOTO
-
MDB16:43
Zelenskiyə qarşı terror planlaşdıran şəbəkə ifşa edildi: Daha kimləri öldürmək istəyiblər?
-
Sosial15:58
Novruz Məmmədov vəzifəsindən azad edildi
-
MDB15:07
Təhlükəsizlik qüvvələri əməliyyat keçirdi: Nazir rüşvət alarkən saxlanıldı
-
Sosial14:11
“Ermənilər Nizami Gəncəvinin başını oğurladılar”