Dünya
Türkiyədə keçirilən seçkilərdə hansı səslər sayılmayacaq?
Xəbər veridiyimiz kimi, bu gün Türkiyədə parlament seçkiləri keçirilir. Seçkidə bəzi səslər etibarlı sayılmayacaq.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, seçicilər səs verən zaman möhür vurulan yerdə "evet" və ya "tercih" möhüründən başqa heç bir işarə, yazı və imza olmamalıdır. Üzərində bu möhürlərin olmadığı, siyasi partiya və müstəqil namizədlərə ayrılan yerlərdə birdən çox möhür vurulan səsvermə vərəqləri də etibarsız sayılacaq.
Bundan başqa, səsvermə zamanı sandığın aid olduğu seçim məntəqəsinin deyil, başqa məntəqənin seçki vərəqlərindən istifadə edilərsə, həmin vərəqlərdəki səslər də nəzərə alınmayacaq.
Əgər səsvermə vərəqləri cırılmış, qoparılmış olarsa, "evet" və "tercih" möhürlərindən başqa, ya da ki, həmin möhürlər əvəzinə başqa bir işarə, ad, imza, möhür və ya barmaq izi olarsa, siyasi partiya və müstəqil namizədlərə aid bölmələr açıq-aşkar qaralanarsa, işarələnərsə, həmin vərəqlərdəki səslər də hesablanma zamanı etibarlı olmayacaq.
Üzərində olan mətbu yazılar və şəkillərdən başqa, hərflər və rəqəmlər yazılmış, şəkillər çəkilmiş səsvermə vərəqləri də etibarsız olacaq. Eyni zamanda, zərfin içərisinə elan, broşür, xüsusi işarə, yazı, şəkil göstərilən kağız və işarə, mesaj məqsədilə hər hansı bir maddə yerləşdirilərsə, həmin zərflərdən çıxan səslər də qəbul edilməyəcək.
-
MDB08:00
Rusiyada səma çəhrayı rəngə boyandı - FOTO/VİDEO
-
MDB06:46
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ - Antaş balaca-böyük bilmədən...
-
Magazin205:15
Madonna Braziliyanı "SİLKƏLƏDİ" - Çimərlikdə və şəhər küçələrində izdiham yaşandı
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər