Dünya
Ölüm pilotları - FOTOLAR
Pilotların iş başında intihar etməsi nadir hallarda rast gəlinir. Bununla belə, tarixdə onlarla insanın ölümünə bais olan pilotların da sayı az deyil. Məsələn, son 30 ildə ABŞ-da 44 pilot içərisində sərnişinlərin olduğu təyyarəni qəsdən qəza vəziyyətinə gətirərək intihara əl atıb.
Publika.az “Bizim tərcümə” layihəsində qəsdən qəza törədərək sərnişinlərin ölümünə səbəb olan pilotları təqdim edir.
Andreas Lübitz, “Germanwings” reys 9525 (2015)
Reys 9525 martın 24-ü Barselonadan havaya qalxaraq Düsseldorf şəhərinə tərəf istiqamət almışdı. A320 Aerobusun içində 144 nəfər sərnişin, 6 ekipaj üzvü vardı. Təyyarə qəfil 11 kilometr hündürlükdən aşağı enməyə başladı. Təyyarəni bilərəkdən yerə endirən 27 yaşlı pilot Andreas Lübitz qəza vəziyyətini əvvəlcədən planlaşdıraraq ikinci pilotu kabinədən çölə çıxarıb. Tapılan qara qutudan iki pilot arasındakı danışıqlar qeydə alınıb. Beləcə, məlum olub ki, Lübitz təyyarədəkiləri ölümə apardığı zaman ikinci pilot onun bədnam planına müdaxilə etməyə çalışıb. Qapı arxasından ikinci pilot Andreasa yalvararaq qapını açmasını tələb edib.
Lakin təyyarənin qanadı dağa çırpılıb və beləcə pilotla yanaşı bütün sərnişinlər həlak olub.
Lübitzin belə hərəkətə nəyin sövq etməsi dəqiqliyi ilə aydın deyil. Lakin evindən tapılan xəstəxana vərəqələri onun səhhətinin heç də yaxşı olmadığını göstərib. Andreas görmə qabiliyyətinin getdikcə zəifləməsindən və sevgilisindən ayrılmasına görə narahatlıq keçirib. Bundan əlavə, həkimlərin sözlərinə görə, Lübitzin psixoloji problemləri də olub.
Cəmil əl Batuti, “EgyptAir” reys 990 (1999)
1999-cu il 31 oktyabrda baş verən hadisə hələ də müəmmalı olaraq qalır. Həmin vaxt “EgyptAir” 990 reysi beynəlxalq sularda qəzaya uğrayaraq 218 insanın həyatına son qoyub. Nəqliyyat təhlükəsizliyi milli şurasının gəldiyi qənaətə görə, qəza təyyarənin ikinci pilotu ucbatından baş verib. Həmin anlarda hava nəqliyyatını idarə edən təyyarənin ikinci pilotu Cəmil əl Batuti olub. İnsanların ölümünə səbəb olan pilot təyyarəni 40 dərəcə bucaq altında aşağı əyib. Kabinəyə qayıdan birinci pilot təyyarəni hündürlüyə qaldırmağa çalışsa da Batuti ona mane olmaq üçün mühərriki tamamilə söndürüb. Nəticədə, təyyarə aşağı enərək yerə çırpılıb. Tapılan qara qutuda Batutinin son sözləri qeydə alınıb: “Taleyimi Allaha tapşırıram”.
Erminodos Santos Fernandes, Mozambik Hava Yolları reys 470 (2013)
“Germanwings” faciəsindən 2 il əvvəl oxşar hadisə Mozambikdə baş verib. Mozambik Hava Yollarına məxsus olan təyyarə 33 sərnişinlə qəzaya uğrayıb. Təyyarənin kapitanı Ermino dos Santos Fernandes avtopilotu yerə eniş proqramına qoyub. 2013-cü il noyabrın 29-da TM470 hava bortu Anqolaya gedən yolda qəza törədərək bataqlığa düşüb. Mozambik, Anqola, Portuqaliya, Fransa, Braziliya və Çindən olan 27 sərnişin və 6 təyyarə üzvü yerindəcə həlak olub. Qəza zamanı dos Santos kabinənin qapısını arxadan bağlayaraq ikinci pilotun xəbərdarlıqlarına əhəmiyyət verməməsi məlum olub. Onun intihara əl atma səbəbləri məlum deyil.
Tsu Vay Minq “SilkAir” reys 185 (1997)
1997-ci ildə “SilkAir” 185 reysi Cakartadan Sinqapura uçmaq üçün havaya qalxdı. Səma aydın, təyyarə isə yeni idi. 11 min metr hündürlüyə yüksələn hava gəmisi qəfildən tam sürətlə yerə istiqamət aldı. Çaya çırpılan təyyarədəki 104 sərnişindən bir nıfır də sağ qalmadı.
Həmin an təyyarəni pilot Tsu Vay Min idarə edib. Araşdırmalardan sonra onun maliyyə çətinlikləri yaşaması məlum olub: ölməzdən əvvəl o, ipoteka götürüb, lakin birjada külli miqdarda pul uduzub. Bundan sonra, həyatını sığaortlayan pilot intihar etməklə ailəsini müflis olmaqdan xilas edib.
Kris Fatsve, Botsvana Hava Yolları (1999)
1999-cu il oktyabrın 11-də pilot Kris Fatsve öz təyyarəsi ilə Botsvana hava yollarına məxsus olan bir neçə təyyarəni məhv edib. Pilot Seretse Xama adına olan hava limanı üzərində 2 saat ərzində dövrə vurub və dispeçerlə əlaqə saxlayaraq özünü öldürəcəyini deyib. Pilot ölkənin baş naziri Yan Xama ilə danışmağı tələb edib. Əks halda, təyyarəni Botsvana hava limanına çırpacağı ilə hədələyib. Dispetçer ona ərazidə çoxlu günahsız insanların olduğunu deyib. Amma Fatsve idarə etdiyi təyyarəni uçuş zolağında dayanan iki hava gəmisinə çırpıb.
Araşdırmalar zamanı məlum olub ki, Fatsve səhhətindəki problemə görə, işdən qovulubmuş. Həmin vaxt təyyarəni idaər etmək üçün icazəsi də olmayıb. O, hava yollarına məxsus olan bütün təyyarələri məhv edib. Qəzadan sonra şirkətə məxsus yalnız təmirdə olan bir təyyarə qalıb.
Vladimir Serkov, “Şimal” hava limanı insidenti (1976)
1976-cı il sentyabrın 26-da Vladimir Serkov Novosibirskin “Şimal” hava limanından havaya qalxıb. O, aşağı hündürlükdə şəhər üzərində dövrə vuraraq təyyarəni yaşayış binasına çırpıb. Qəza zamanı binada baş verən yanğın 4 sakinin ölümünı səbəb olub.
Araşdırmalardan sonra məlum olub ki, binada Serkovun keçmiş arvadı və uşağı yaşayırdı. O, intihar etməklə arvadından intiqam almağa çalışıb. Amma qəza zamanı onun arvadı və uşağı evdə olmayıb.
Nura
-
Region09:16
Paşinyanın komandasında istefa ardınca istefa: Vardanyan da getdi
-
ABŞ09:00
Mask pilotsuz robotaksini TƏQDİM ETDİ: Bu qiymətə olacaq - VİDEO
-
Magazin108:12
Xoşqədəm Almaniyada belə dincəlir - FOTO
-
Magazin105:15
Elşənin verilişindən ilk görüntülər - VİDEO
-
Səhiyyə04:44
Stomatoloji poliklinikadan görün nə oğurladılar - ANBAAN GÖRÜNTÜLƏR
-
Avropa03:13
Daha iki ölkə arasında VƏZİYYƏT GƏRGİNLƏŞDİ
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Emosiyalarınızı idarə etmək çətinləşəcək
-
Sosial10 Oktyabr 23:48
Ali məktəbi yüksək nəticə ilə bitirən gənc QƏFİL ÖLDÜ