Dünya
Kolumbiyada solçu komandir öldürülüb
Kolumbiyada ölkənin ikinci ən böyük partizan qrupu olan Milli Azadlıq Ordusunun (ELN) əsas komandiri öldürülüb.
Publika.az-ın məlumatına görə, bu barədə Kolumbiya Prezidenti xəbər yayıb. Məlumata görə, Marquitos kimi tanınan Jose Amin Hernandez Manrique, Antioxiyanın şimal-qərb əyalətində öldürülüb.
Marquitos Antioxiya və Bolivar əyalətlərində 13 ELN hissəsinə rəhbərlik edib. Bu region silah və narkotik alveri və qanunsuz hasilata görə tanınır.
Kolumbiya prezidenti Juan Manuel Santos şəxsi Twitter hesabında yazıb :
"Dario Martines cəbhəsinin komandiri və ELN-nin milli rəhbərliyinin üzvü Alias Marquitos öldürülüb. Silahlı qüvvələri təbrik edirəm “.
Rəsmilər hesab edir ki, Marquitos 1999-cu ildə göyərtəsində 46 sərnişin olan təyyarənin qaçırılmasına görə məsuliyyət daşıyır.
ELN 1964-cü ildə Kolumbiyanın torpaq və sərvətinin qeyri-bərabər paylanması ilə mübarizə məqsədi ilə yaradılıb. Hazırda bu qruplaşmanın 2000-ə yaxın aktiv döyüşçüsü olduğu hesab edilir.
Ölkənin ən böyük solçu qruplaşması Fark-ın əksinə olaraq, ELN dövlət ilə sülh razılıqlarına razı olmayıb, yalnız ilkin danışıqlar aparıb.
Aprel ayında Reuters agentliyinə danışan ELN başçısı Nicolas Rodríguez Bautista formal sülh razılığının əldə edilməsi üçün danışıqların 80 faiz tamamlandığını deyib.
Marquitosun ölümünün ilkin danışıqlara necə təsir edəcəyi hələlik məlum deyil.
-
Magazin209:48
Məşhur reper güllələndi: qatil hadisəni lentə aldı - ANBAAN VİDEO
-
Magazin109:00
Əməkdar artistin nəvəsi ilə MARAQLI VİDEOSU
-
ABŞ08:12
1 dollara satılan Panama kanalı - Tramp onu GERİ QAYTARACAQ
-
Magazin105:45
Bu da Röya Ayxanın "Qızı" - VİDEO
-
Magazin201:41
Məşhur müğənnidən büstqaltersiz dərin dekolteli FOTOLAR
-
Hadisə00:30
Azərbaycanda toy evində KÜTLƏVİ DAVA - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Bu səhvi etsəniz, sevgilinizlə münasibətiniz çətinləşəcək
-
Magazin221 Dekabr 23:12
İş adamı Dubayda görün kiminlə ailə qurdu - FOTO