Türkiyədə mafiya həbsxana müdirini öldürdü
Bizi izləyin

Dünya

Türkiyədə mafiya həbsxana müdirini öldürdü

Türkiyənin Kocaeli vilayətində yerləşən Kandıra F tipli həbsxananın müdiri İsmət Aktürk avtomobilində güllələnərək öldürülüb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib.

Məlumata görə, İsmət Aktürkün avtomobilinə onun yanından keçən başqa bir avtomobildən 34 dəfə atəş açılıb. Güllələrdən 3-ü həbsxana müdirinin bədəninə dəyib. Ağır yaralanan Aktürk xəstəxanada dünyasını dəyişib.

Onun rəhbəri olduğu həbsxanada əsasən mafiya cinayətlərində ittiham olunan şəxslərin cəza çəkdiyi bildirilir. Burada cəza çəkənlərin əksəriyyəti də bir nəfərlik kameralarda saxlanılır.

Polis qrupları cinayətkarların saxlanılması üçün səfərbər edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm