Dünya
Dəmirəlin məzarı 11 il əvvəl hazır olub
Dünən gecə dünyasını dəyişən Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəlin ölümündən sonra maraqlı bir detal ortaya çıxıb.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, keçmiş prezident ölümündən əvvəl İsparta vilayətinin İslamköy kəndində məzarını hazırlatdırıb.
Dəmirəl üçün təxminən 10 kvadratmetrlik və 3 metr dərinlikdə məzar yerinin ötən illərdə hazırlandığı bildirilir. Məzar yerinin yanında Dəmirəlin əlində şlyapası olan heykəli də var. Məzarlıqda gözətçilik edən Sait Fidan 2004-cü ildən Süleyman Dəmirəlin məzarının hazırlandığını deyib. Məzar yerini isə Dəmirəlin özü seçib.
Süleyman Dəmirəlin dəfni üçün dövlət başçılarına xas dövlət mərasimi təşkil ediləcək. Mərasimdə bir çox xarici dövlət başçısı və siyasətçinin iştirakı edəcəyi gözlənilir.
Keçmiş prezidentin iyunun 19-da dəfn olunacağı bildirilir.
Ömər Dağlı
-
MDB06:46
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ - Antaş balaca-böyük bilmədən...
-
Magazin205:15
Madonna Braziliyanı "SİLKƏLƏDİ" - Çimərlikdə və şəhər küçələrində izdiham yaşandı
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”