Gözdən əlillərə şəhərdə səmti müəyyən etməyə kömək edəcək eynək
Bizi izləyin

Dünya

Gözdən əlillərə şəhərdə səmti müəyyən etməyə kömək edəcək eynək

ABŞ-da yeni startap-lahiyə çərçivəsində gözdən əlillərə və ya görmə məhdudiyyəti olan insanlara yardım məqsədilə xidmət yaradılır.

ABŞ-ın gənc “Aira” şirkəti xüsusi olaraq öyrədilmiş assistentlərin audio müşayiəti vasitəsilə görmə məhdudiyyətli insanlara şəhərdə hərəkət etməyə kömək edəcək. Şirkətin saytında bildirilir ki, xidmətin fəaliyyəti “Google Glass”ın tamamlanmış reallıq eynəyindən istifadəni nəzərdə tutur.

Hazırda xidmət beta-test mərhələsindədir və 2016-cı ilin birinci rübündə istifadəçilərin ixtiyarına veriləcəkdir. “Aira” şirkətinin sözügedən xidmətinə qoşulmaq üçün şəxsi smart eynəklərə sahib olmaq vacib deyil: onlardan istifadə aylıq abunə qiymətinə daxil olunur. Xidmətin tarifləri hələlik açıqlanmayıb.

İstifadəçi eynəyi taxıb üç dəfə sensora toxunaraq xidməti işə salır. Əlaqə zamanı assistanta yalnız eynək vasitəsilə əldə olunan video deyil, eləcə də istifadəçinin real zaman kəsiyində yenilənən yeri, bu rayonda yol hərəkəti və əsasən istifadəçiyə lazım olan məkanlar haqqında məlumat daxil olur. Sistem istifadəçilər haqqında ətraflı informasiyanı toplayaraq saxlayır: xəstəlik tarixi, təcili vəziyyət zamanı etibarlı şəxslərin əlaqə vasitələri, həmçinin onların istəkləri: sevimli kafe, müntəzəm baş çəkilən yerlər, hobbi və vərdişlər.

Gözdən əlillər və ya görmə məhdudiyyətli istifadəçilər üçün assistent qismində onların yaxın qohumu, könüllü və “Aira” şirkətinin əməkdaşı ola bilər. Onların hazırlıq səviyyəsinə nəzarəti startap öz üzərinə götürür. Müqavilənin şərtlərinə əsasən, görmə məhdudiyyətli istifadəçilərin köməkçisi onların tanıdığı və ya təlimatlarına etibar etdiyi insanın olması vacibdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm