Dünya
Vaşinqton Əsədi könüllü şəkildə getməyə çağırdı
“ABŞ ümid edir ki, Suriya prezidenti Bəşər Əsəd könüllü şəkildə hakimiyyətdən gedəcək. Ancaq düşünmürük ki, bu ən yaxın vaxtlarda olacaq”.
Publika.az RİA informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Konqresin Nümayəndələr Palatasında ABŞ-ın Yaxın Şərq siyasəti ilə bağlı keçirilən dinləmələrdə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) başçısı Eşton Karter bildirib.
“Biz Suriyada elə hakimiyyət dəyişikliyini görmək istəyərdik ki, Əsəd özü könüllü şəkildə getsin. Bu, Suriya xalqı üçün ən yaxşı variant olardı ki, Əsədin özü getsin və yeni hökümət mülayim müxalifətin əsasında formalaşdırılsın”, - ABŞ-ın müdafiə naziri deyib.
Karterin fikrincə, Əsədin rəhbərlik etdiyi rejim regionda ekstremizmin mənbəyidir. Nazir Suriya hökumətinin təsirinin Dəməşq və ölkənin bəzi regionları ilə məhdudlaşdığını söyləyib.
Ömər Dağlı
-
Qarabağ 09:24
Oskanyan İrəvana qayıtdı: Avropadan Qarabağla bağlı nə gətirib?
-
Hadisə09:18
Əri tərəfindən başı kəsilən Sevincin toy görüntüləri - VİDEO
-
Magazin208:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” ETİRAFI - VİDEO
-
Ekologiya08:30
Bakıda küləkli hava nə vaxtadək davam edəcək?
-
Nəqliyyat08:25
Bu yolda avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
-
İdman08:20
Reşford yenə gecə klubunda: Bu dəfə kolumbiyalı gözəllə – FOTO
-
Dünya08:10
Zelenski onu vəzifəsindən azad etdi
-
Magazin205:45
Sevgili olduqları deyilirdi: Buse Meraldan Aras Bulutla bağlı AÇIQLAMA