ABŞ-da kilsəyə hücum: 9 ölü - FOTO (YENİLƏNİB)
Bizi izləyin

Dünya

ABŞ-da kilsəyə hücum: 9 ölü - FOTO (YENİLƏNİB)

ABŞ-ın Şimali Karolina ştatında kilsəyə silahlı hücum olub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, gecə saatlarında baş verən hücum nəticəsində 9 nəfər ölüb.

Hadisə ştatın Çarleston şəhərində ölkənin ən qədim kilsələrindən olan tarixi “Emanuel African Methodist Episcopal” kilsəsində baş verib. Polis hücumdan sonra qaçan silahlının təxminən 20 yaşlarında ağdərili olduğunu bildirib.

Kilsəyə Afrika mənşəli amerikalıların getdiyi bildirilir. Hadisə yerinə çoxlu sayda polis qrupları və təcili yardım avtomobilləri gəlib. Kilsənin üzərində vertolyotlar uçuş həyata keçirir.

Hücumda onlarla adamın yaralandığı deyilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm