Dünya
Ramazan ayına görə ölüm hökmü təxirə salındı
Müsəlmanların müqəddəs Ramazan ayı ərzində Pakistan ölüm hökmünü müvəqqəti olaraq təxirə salıb.
Publika.az-ın məlumatına görə, Baş Nazir Nəvaz Şərif hakimiyyət orqanlarına, edamla bağlı moratoriuma riayət etməklə, müqəddəs ayın toxunulmazlığına hörmətlə yanaşmağı tapşırıb.
Ramazan ölkənin bir çox hissəsində cümə günü başlayıb.
Dekabr ayından bəri Pakistanda 170 nəfərdən çox insanın asılması, insan haqları təşkilatlarının tənqidi ilə qarşılanıb. Pakistanın ölüm hökmünə məhkum edilmiş məhbusların sayına görə dünyada birinci olduğu güman edilir. Ölkədə təxminən 8200 məhbus edam gününü gözləyir. Onlardan bir çoxu 10 ildən artıqdır ki, həbsxanadadır.
Ölüm hökmünə qoyulmuş yeddi illik moratorium keçən il qaldırılıb. Bunun, Talibanın Peşəvərdəki məktəbə ölümcül hücumuna cavab olaraq edildiyi bildirilir.
Bu həftənin əvvəlli ölkə boyu həbsxanalarda ən azı 15 nəfər edam edilib. Onlardan əksəriyyəti qətl törətməkdə ittiham edilib.
-
Nida Xəbər 20:24
Vəzifədən azad edilən eks-baş nazir DANIŞDI: "Adamı əsəbiləşdirirlər"
-
Sosial19:48
Azərbaycanda faciəvi şəkildə ölən prokurorun FOTOSU
-
Magazin119:24
Aygün Bəylərin ailəsi tiktoker Ləmanı polisə şikayət etdi - FOTO
-
Sosial18:50
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - FOTO
-
Art18:40
“Sehirli xalat"ın sehri nədə idi? - VİDEO
-
Sosial17:53
Bakıda ev fantastik qiymətə kirayə verilir - FOTO
-
Sosial17:17
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
-
Hadisə16:58
Hoteldə ölən dostlarla bağlı YENİ DETALLAR - FOTO