Tunis Qəzzafinin ölkəsində konsulluğu bağladı
Bizi izləyin

Dünya

Tunis Qəzzafinin ölkəsində konsulluğu bağladı

Liviyada qaçırılan Tunis diplomatlarının qaytarılmasından sonra bu ölkədə konsulluq bağlanıb. Tunisin Xarici İşlər naziri Taib Bakuş bəyan edib ki, bir müddət öncə Liviya ərazisində girov götürülən 10 konsulluq əməkdaşı azad edilib.

Axar.az xəbər verir ki, Tunis hökuməti Liviyada olan konsulluğunu qeyri-müəyyən müddətədək bağladığını elan edib. 2011-ci ildə Müəmmar Qəzzafinin devrilməsindən sonra bir neçə terrorçu qruplaşma Liviyada vətəndaş müharibəsinə səbəb olub. Paytaxt Tripoli terrorçuların nəzarətinə keçdikdən sonra beynəlxalq ictimaiyyətin tanıdığı Liviya hökuməti Tobruk şəhərində yerləşməyə məcbur qalıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm