İsti kasıbları vurdu: 800 ölü - FOTOLAR
Bizi izləyin

Dünya

İsti kasıbları vurdu: 800 ölü - FOTOLAR

Pakistanda keçən həftədən bəri davam edən anomal istilər 800 insanın ölümünə səbəb olub.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, ölənlərin əksəriyyəti kasıb ailələrdə yaşayan yaşlı insanlardır.

İsti hava şəraiti daha çox Pakistanın Kəraçi şəhərində tüğyan edir. Belə ki, burada havanın temperaturu 45 dərəcədən aşağı düşmədiyi üçün 780 nəfər insan həlak olub. Daha 30 ölüm faktı isə digər əyalətlərdə qeydə alınıb. Meyitxanalarda isə meyitlərdən boş yer qalmayıb. İnsanların evdən çölə çıxmaması üçün ölkədə iyunun 24-ü istirahət günü elan olunub.

Pakistanlılar isə öz növbəsində hökumət orqanlarını heç bir iş görməməkdə ittiham edir. Onların dediklərinə görə, elektrik enerjisində qüsurlar olduğu üçün ventilyator və kondisionerlərdən istifadə edə bilmirlər.

Ən pisi isə odur ki, kəskin istilər Ramazan ayında baş verib. Oruc tutan pakistanlıların əksəriyyəti də elə susuzluqdan ölüb.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm