Dünya
Qədim şahmat fiqurları aşkar edilib - FOTO
Özbəkistan mətbuatının məlumatına görə, ölkənin cənubunda - antik Şimali Baktriya ərazisində eramızın ikinci əsrinə aid qədim şahmat fiqurları aşkar edilib.
Bunlar fil sümüyündən düzəldilmiş kiçik fil və zebu fiqurlarıdır ki, bu da şahmatın çaturanqa növünə aiddir. Bu isə onu sübut edir ki, qədim dövrlərdə Orta Asiya ərazisində şahmatın çaturanqa növü oynanılıb. Bu fiqurlar Hindistanda qorunan şahmat daşlarından da, Özbəkistanda tapılan, VII əsrə aid 7 fiqurdan ibarət dəstdən də qədimdir.
Özbək alimləri iddia edirlər ki, ölkənin cənub rayonlarını bu oyunun ikinci vətəni hesab etmək olar.
Alimlər belə hesab edir ki, Böyük İpək Yolu, ticarət, miqrasiya və tranzit yolları məhz Özbəkistan ərazisindən keçib. Şərq və Qərb sivilizasiyalarını birləşdirən Böyük İpək Yolu vasitəsilə şahmat Özbəkistana və digər dövlətlərə yayılıb.
Məlumdur ki, şahmatın vətəni Hindistan hesab edilir. Məhz burada taxtası qara və ağ kvadratlardan ibarət, dörd adamın oynadığı çaturanqa növü meydana gəlib.
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO